Rusiyada Facebook, VKontakte və Yandex-in ünvanları niyə bloklanma siyahısındadır?

Facebook

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Siyahıda 200 İP ünvan olub

Rusiyada bır sira iri texnoloji şirkətlərin internet ünvanları (İP ünvanları) bir müddət ölkənin tənzimləyici orqanı - Roskomnadzor-un bloklanma üzrə "qara siyahı"sında əks olunub.

Siyahıdakı 200 ünvan arasında Facebook, Twitter, VKontakte və Yandex xidmətinin adları olub.

Şirkət bunu texniki səbəblərlə izah edib.

BBC əmin olub ki, həmin ünvanlar həqiqətən də rəsmi bloklanma siyahısında əks olunub.

Siyahada ünvanlara girişin 16 apreldən Baş prokurorluğun tələbi ilə məhdudlaşdırıldığı qeyd olunur.

Bir neçə saat keçmiş ünvanlar siyahıdan yoxa çıxıb.

Cümə günü Roskomnadzor elan edib ki, Rusiya və xarici şirkətlərin İP ünvanlarının bloklanma siyahısına salınması texniki səbəblərə görə baş verib.

"Müəyyən İP ünvanların qısa müddətli siyahıya düşməsi sistemin xüsusi iş qaydası ilə bağlı olub", Roskomnadzor öz açıqlamasında bildirir.