“Qızıl qlobus” 2018 - qırmızı xalıda qara libaslar
"Qızıl qlobus" mükafatının təqdim edilməsinin 75-ci mərasimində qırmızı xalıda qara rəng hakim olub.
Mərasimə qatılan aktrisalar bir qədər əvvəl ABŞ-da qadınların cinsi təcavüzdən və ayrı-seçkilikdən qorunması üçün yaradılmış Times Up (Vaxtı çatıb) hərəkatına dəstək əlaməti olaraq qara libas geyiniblər.

Şəklin mənbəyi, Getty Images
Yanvarın əvvəlində hərəkat təşəbbüskarları mərasimə hazırlaşan kino sənayesi nəhənglərini mövcud problemə cəmiyyətin diqqətini cəlb etmək üçün məhz bu cür geyinməyə çağırıblar.
2017-ci ilin ən maraqlı dramalarından biri olan "Pablonu sevmək" (Loving Pablo) filminin ulduzu Penelope Kruz, müğənni Mariah Carey və "Tac" drama serialında kraliça II Elibazeth-i canlandıran britaniyalı aktrisa Claire Foy mərasimə qara paltarda gəliblər.

Şəklin mənbəyi, Getty Images
Bəziləri ümumi əhval ruhiyyədən çıxmayaraq digər rənglərlə bu tutqun ab-havaya rəng qatmağa qərar veriblər.
"İntiharçı dəstə"dən olan Avstraliya aktrisası Margo Robby, amerikalı Mandy Moore və müğənni Kelly Clarkson libaslarına bir az parlaqlıq qatıblar.
Kişi aktyorlar da xanımları yaxalarına Times Up-ın və 50:50 şirkətinin nişanlarını taxmaqla dəstəkləyiblər.
Bu şirkətklər təkcə cinsi təcavüzə qarşı deyil, həm də əyləncə sənayesində ümumi bərabərsizliyə qarşı mübarizə aparırlar. Bəzi kişilər də həmrəylik göstərərək qara geyərək yaxalarına Times Up-ın loqotipini taxıblar.

Şəklin mənbəyi, Getty Images
Marvel studiyasının eyni adlı filmində Tora rolu ilə tanınan Chris Hemsworth, 2018-ci il "Qızıl qlobus" mükafatçısı və ikiqat BAFTA mükafatçısı Ewan McGregor həmçinin yaxalarına nişan taxıblar.
"Taxt oyunları" serialının qəhrəmanı Kit Harington qara kostyum geyinməklə kifayətlənib.

Şəklin mənbəyi, Getty Images
"Çox qəribə işlər" ( Stranger Things') serialında Onbir adlı qızın roluyla tanınan Millie Bobby Brown, məhşur Nicole Kidman və amerikalı aktrisa-model Jessica Biel qırmızı xalıda xüsusilə gözəl görünürdülər.
Model Kendall Jenner, Angelina Jolie, amerikalı aktrisa və prodüsser Jessica Chastain klassik tərzdə libas seçiblər.

Şəklin mənbəyi, Getty Images
Model Kendall Jenner, Angelina Jolie, amerikalı aktrisa və prodüsser Jessica Chastain klassik tərzdə libas seçiblər.

Şəklin mənbəyi, Getty Images
Amerikalı komediya aktyoru və kino rejissoru, "Emmy"-2016 mükafatının laueratı Aziz Ansari, "Böyük şoumen" musiqili filminin ulduzu Zac Efron və 2001-ci ilin "Qızıl qlobus" mükafatçısı James Franko Times Up-ı tam dəstəkləyiblər.

Şəklin mənbəyi, Getty Images
"Çirkin" serialındakı baş rolla məhşurlaşan America Ferrera, Natalie Portman, "La la Land" fillmində baş rol ifaçısı Emma Stone və əfsanəvi tennisçi Billie Jean King qırmızı xalıda birgə addımlayıblar.

Şəklin mənbəyi, Getty Images
"Oscar", "Qızıl qlobus" mükafatçısı və 2005-ci ildə "Xətti keçmək" filmindəki roluna görə, "ən yaxşı qadın" aktrisa nominasiyasında BAFTA mükafatı alan Reese Witherspoon (o, həmdə televiziya kateqoriyasında ən çox mükafat qazanan "Böyük kiçik yalan" (Big Little Lies), mini-serialının ulduzudur), Eva Longoria, Salma Hayek və Ashley Judd kino sənayesində gender bərabərliyi ilə bağlı güclü mövqeləri ilə tanınırlar.

Şəklin mənbəyi, Getty Images
"Böyük kiçik yalan" (Big Little Lies), televiziya serialındakı roluna görə, "ən yaxşı aktrisa" adını qazanan Nicole Kidman həyat yoldaşı, musiqiçi Keith Urban-la.

Kim qara libas geyməməyə qərar verib?

Şəklin mənbəyi, Getty Images
Hollywood-um Xarici mətbuat assosiasiyasının başçısı olan Meher Tatna qırmızı libasda olub.
Mətbuata sızan məlumata görə, mərasim üçün libası o, anası ilə birgə seçib.
"Bayramda və əhəmiyyətli mərasimlərdə rəngli libaslar geyinmək onun hind mədəniyyətinin bir hissəsidir ", - deyə anonim mənbə bildirib.
Bununla yanaşı Tatna Tumes Up-ın nişanlarını yaxasına taxmaqla onları dəstəklədiyini göstərib.

Şəklin mənbəyi, Getty Images
Alman modeli Barbara Mayer mərasimə güllərlə bəzənmiş bej rəngli libasda gəlib.
Akrtisa Bianca Blanca isə qırmızı libasda göz qamaşdırıb.
Barbara Mayer İnstagram səhifəsində yazıb ki, onun fikrincə qadınların seksual geyinmək haqqları var və kişilərin özlərini ələ ala bilməməsi onların günahı deyil.
Blanca isə dünya kino sənayesi nəhənglərinin nümunəsi arxasınca getməməsini heç cürə şərh etməyib.
***








