Londondakı kino tənqidçiləri La La Land-i ilin filmi adlandırıblar

Şəklin mənbəyi, Getty Images
London kino tənqidçiləri çevrəsi (London Film Critics' Circle) Damien Chazelle-in La La Land musiqili filmini ilin ən yaxşı filmi adlandırıblar.
Ən titullu fransız aktrisalarından biri olan Isabelle Huppert iki mükafata layiq görülüb: "Gələcək" filmindəki baş roluna görə, bundan əvvəl isə "O" filmindəki roluna görə "Qızıl qlobus mükafatına".
İlin ən yaxşı britaniyalı aktyoru Kate Beckinsale olub.
İlin ən yaxşı Britaniya filmi mükafatını isə Ken Loach-un "Mən, Daniel Blake" layiq görülüb. Bu film dörd BAFTA mükafatına namizəd görülüb.
1981-ci ildən London kino tənqidçiləri çevrəsi mükafatının qalibləri onun 120 üzvü arasında aparılan sorğu nəticəsində müəyyən olunur.
