Trump Britaniya baş nazirinə"məsləhət verib": "Diqqətinizi mənə cəmləməyin"

Şəklin mənbəyi, Getty Images
Donald Trump Twitter hesabından anti-müsəlman videoları paylaşmasını tənqid edən Böyük Britaniyanın baş naziri Theresa May-ə Britaniyadakı "terrorizmə" fokuslanmağı məsləhət görüb.
"Diqqətinizi mənə yox, Birləşmiş Krallıq daxilində olan dağıdıcı, radikal islam terrorizminə cəmləyin", cənab Trump tvitləyib.
Çərşənbə günü ABŞ prezidenti Donald Trump-ın Twitter hesabından britaniyalı ifrat sağmı qrupunun qızışdırıcı anti-müsəlman videoları paylaşılıb.
Britaniya Baş nazirinin ofisi cənab Trump-ın hesabından paylaşılmış videolarla bağlı məsələni şərh edib.
"Prezident Trump-ın sağçı qrup tərəfindən paylaşılmış videoları retvit etməsi yanlış [hərəkət] idi", rəsmi məlumatda deyilir.
Prezident Trump-ın paylaşdığı ilk tvit Britain First (Öncə Britaniya) qrupunun sədr müavini Jayda Fransen-ə məxsusdur. Bu videoda müsəlman kimi təqdim olunan bir gənc əlilliyi olan bir kişini döyür.
Bundan sonra, o, xanım Fransen-in iddiasına görə müsəlman olan şəxsləri təsvir edən iki başqa videonu paylaşıb.
Britain First qrupu, ifrat sağçı Britaniya Milli Partiyasının (British National Party - BNP) keçmiş üzvləri tərəfindən 2011-ci ildə təsis edilib.
Bu qrup sosial şəbəkələrdə "Britaniyanını İslamlaşdığını" iddia edərək paylaşımlar dərc edir.
Britain First qrupunun anti-immiqrant və anti-abort siyasətini təbliğ edən namizədləri Britaniya seçkilərində iştirak edib, lakin indiyədək heç bir qələbə əldə edə bilməyiblər.
Xanım Fransen-in Twitter-də 52 min izləyicisi var.
Prezidentin Trump-ın hesabının onun tvitlərini paylaşdıqdan sonra, xanım Fransen Twitter-də yazıb:
"Donald Trump-ın özü bu videoları paylaşıb və onun təxminən 44 milyon izləyicisi var!"
"Allah səni qorusun Trump! Allah Amerikanı qorusun!", o, əlavə edib.





