"Rohinca videosuna görə" Myanma gözəllik kraliçasından titulu geri alınıb

Picture of Shwe Eain Si posted with her Facebook statement on 3 October 2017

Şəklin mənbəyi, Shwe Eain Si

Şəklin alt yazısı, Shwe Eain Si bu ilin əvvəlində "Miss Grand Myanmar" gözəllik kraliçası adına layiq görülmüşdü.

Myanma gözəllik kraliçası iddia edib ki, Rakxayn ştatında zorakılıq barədə video yaydığına görə ondan gözəllik kraliçası adı geri alınıb.

Shwe Eain Si ötən həftə video dərc edərək, Rohinca silahlılarını iğtişaş törətməkdə ittiham edib.

Təşkilatçıların elan etdiyinə görə, 19 yaşlı "Miss Grand Myanmar" titulundan bazar günü məhrum edilib.

Onlar bildirib ki, Shwe Eain Si kontraktın şərtlərini pozaraq özünü rol modeli kimi aparmayıb.

Təşkilatçılar onun video dərc etdiyini qeyd etməyib.

Lakin çərşənbə axşamı Shwe Eain Si, video dərc etməsi ilə ondan adın alınması arasında bir bağlılığın oluğunu iddia edib.

Onun Facebook səhifəsində dərc edilmiş məlumatda deyilir ki, "Shwe Eain Si video hazırlayıb" və həmin video Arakan Rohinca Qurtuluş Ordusu (ARQO) silahlılarının "Rakxayn ştatına gətirdikləri terrordan bəhs edir".

"Amma bu video, rol modeli adına xələl gətirən bir hərəkət kimi qiymətləndirilməməlidir", - Shwe Eain Si-nin Facebook səhifəsində deyilib.

Həmin yazıda eləcə də qeyd olunub ki, bir vətəndaş kimi, Shwe Eain Si nüfuzundan istifadə edərək "ölkəsi barədə həqiqəti bəyan etməlidir".

Facebook səhifəsində ötən həftə dərc olunmuş videoda, gözəllik kraliçası "xilafətvari hərəkat" olan ARQO-nun hücumlarından bəhs edib.

Onun videosunda Myanma ordusunun Rohinca müsəlmanları ilə qəddar davranması məsələsinə toxunulmayıb.

Etnik təmizləmələr aparmaqda ittiham olunan Myanma ordusu yalnız silahlılara qarşı hücumlar keçirdiyini iddia edir.

Newly arrived Rohingya refugees board a boat as they transfer to a camp in Cox"s Bazar, Bangladesh, 2 October 2017.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Avqust ayından bəri yarım milyonadək rohincalar Banqladeşə pənah gətirib.

Facebook səhifəsində ötən həftə dərc olunmuş videoda, gözəllik kraliçası "xilafətvari hərəkat" olan ARQO-nin hücumlarından bəhs edib.

Onun videosunda, Myanma ordusunun Rohinca müsəlmanları ilə qəddar davranması məsələsinə toxunulmayıb.

Etnik təmizləmələr aparmaqda ittiham olunan Myanma ordusu yalnız silahlılara qarşı hücumlar keçirdiyini iddia edir.