Galaxy Note 8: Samsung-un Simurq telefonu?

Batareyası ilə bağlı problemə görə Galaxy Note 7 smartfonunun geri çağrılması ardınca Samsung nəhəng smartfonun yeni versiyasını təqdim edib.
Yeni smartfon daha böyük ekranla təchiz olunub.
Onun qoşa linzalı kamerası optik sabitləşdirmə funksiyasına malikdir.
Note 8 əsas cazibədar xüsusiyyətləri arasında yeni S Pen stilusu qeyd olunur.
Elektron qələmlə artıq yaş olan ekranda da yazmaq mümkün olacaq.
2011-ci ildə Note xətti smartfonlar arasında iri displeylər təmayülünü təsis etmiş oldu.

Lakin hazırda böyük ekranlar artıq oturuşmuş bir norma sayılır.
Smatfonun satış perspektivləri ümidverici görsənir, BBC-nin texnologiya üzrə müxbiri Rory Cellan-Jones-un məlumatında deyilir.
Mobil telefon sənayesini təhlil edən CCS Insight qrupunun təhlilçisi bildirir ki, Samsung ötən il Galaxy Note 7 smartfonlarının geri çağrılması ilə bağlı qalmaqal ardınca gözlənildiyindən daha yaxşı nəticələr göstərib.
"Mən Samsung brendinin ayaqda qalacağına inanırdım, lakin Note brendinə dair daha çox suallar qalırdı", - Ben Wood bildirir.
Samsung Note 8 Britaniyada 869 funt sterlinqə (1877 AZN) satılmalıdır.
Galaxy-nin rəqiblərindən olan iPhone-un yeni modelinin payız aylarında təqdim olunacağı gözlənilir.
Ötən həftə həmçinin yeni Nokia və Essential smartfonları nümayiş etdirilib.






