Polis: Barselonada daha "böyük" hücum hazırlanırmış

Moussa Oubakir

Şəklin mənbəyi, Moussa Oubakir, sosial media

Şəklin alt yazısı, İspaniya mediasında Moussa Oubakir-in sosial şəbəkədən alınmış görüntüsü yayılıb.

İspaniyanın iki şəhərində - Barselona və Kambrils hücumlarında şübhəli bilinən şəxslər baş verəndən daha miqyaslı bir və ya da ki, bir neçə hücum hazırlayırlarmış, polis bildirir.

Kataloniya polisi deyir ki, çərşənbə günü Barselonadakı evdə baş verən partlayışlar nəticəsində şübhəlilərin əlində bomba hazırlamaq üçün materiallar qalmamışdı.

Josep Lluis Trapero-nun sözlərinə görə həmin partlayıcı maddələr Barselonada bir və ya bir neçə hücumda istifadə olunmalı idi.

Cümə axşamı günü İspaniyanın Barselona şəhərində 13 nəfəri öldürməkdə şübhəli bilinən şəxsin axtarışı üzrə geniş polis əməliyyatı həyata keçirilməkdədir.

Yerli mətbuat bildirir ki, Las Ramblas turist ərazisində hücuma görə 18 yaşlı Moussa Oubakir şübhəli bilinir.

İddia edilir ki, o, adamların üstünə sürülən avtomobili kirayələmək üçün qardaşının sənədlərindən istifadə edib.

Həmlədən bir neçə saat keçmiş Kambrils şəhərində daha bir avtomobil hücumuna cəhdin ardınca cihadçı olmaqda şübhəli bilinən 5 nəfər öldürülüb.

Polisin bildirdiyinə görə, partlayıcı kəmər taxmış kişilərin birinci hücumla əlaqəsi olub. Hücum vaxtı yaralanmış qadının da öldüyü xəbər verilir.

Cümə axşamı günü Barselonanın Las Ramblas turist ərazisində avtomobil furqonunun insan kütləsinin üstünə sürətlə sürülməsi nəticədə 13 nəfər həlak olub və onlarla adam yaralanıb.

Polis Kambrilsdə qarşısı alınan hücumda istifadə ounan avtomobili yoxlayır, 18 avqust 2017

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Polis Kambrilsdə qarşısı alınan hücumda istifadə ounan avtomobili yoxlayır

Avtomobilin sürücüsü hadisə yerindən qaça bilib və hələlik tutulmayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb.

İspaniya Baş naziri Mariano Rajoy baş vermis hadisəni "cihadçı hücumu" adlandırıb.

Kambrilsdə polis

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Kambrils şəhərində hadisə yeri polis mühasirəsində qalır.
Furgon

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Hücumda kirayəyə götürülmüş avtomobil istifadə olunub.

Bu arada, özünü İslam Dövləti (İD) adlandıran qruplaşma Barselona hücumunu həyata keçirdyini bildirib.

Baş nazir Mariano Rajoy ölkədə üç günlük milli matəm edlan edib, cümə günü isə bir dəqiqəlik süküt mərasimi keçiriləcək.

Driss Oubakir

Şəklin mənbəyi, Spanish National Police/ HANDOUT

Şəklin alt yazısı, Driss Oubakir adlı şübhəlinin fotosu polis tərəfindən dərc edilib. Onun sənədlərindən furqonu kirayələmək üçün istifadə olunub.

Cümə axşamı Las Ramblas hücumuna görə iki nəfər həbs olunub, furqonun sürücüsü hələlik tutulmayıb.

Barselona hücumunda istifadə olunan furqon həbs edilənlərdən Driss Oubakir adlı birinin sənədi ilə kirayələnib.

Yerli medianın yazdığına görə o, təxminən 20 yaşlarında olan bir adamdır, Mərakeşdə doğulub.

Son məlumatlara əsasən, həmin adam polisə hücumla əlaqəsi olmadığını bildirərək, sənədlərinin oğurlandığını bəyan edib.

Cümə günü polis Kataloniyanın Ripoll şəhərində üçüncü həbsin həyata keçirildiyini bildirib.