You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Avropada 44C dərəcəyə çatan istilər - şəkillər
Temperaturun 44 dərəcəyə çatması ilə Avropanın bəzi guşələri son onilliyin ən aşırı qızmar yayına qərq olub.
Rekord istilər İtaliyada yanğınlara səbəb olub, onlarla şəhər və yaşayış məntəqələri səhiyyə xidmətlərinin nəzarətindədir.
Bəzi regionlarda quraqlıq təhlükəsi yaşanır.
Romada 43C
İstilərin potensial təhlükə həddinə gəldiyi bölgələrdə xəbərdarlıqlar verilir.
İtaliyada istilər bu ərəfədə olan orta rəqəmlərdən 10C çoxdur.
Sardiniyada temperatur 44C-ə çatıb.
Albaniyada istilər şəraitində əmələ gələn meşə yanğınları ilə mübarizə üçün ordu hissələri səfərbər olunub.
Burada temperatur 40C təşkil edir.
Albaniya yanğınlarla mübarizə üçün Avropa İttifaqından yardım istəyib.
Turist və yerli sakinlər sərinləşmək üçün şəhər fəvvarələri ilə hovuzlardan istifadə edir.
Qarşıdan gələn günlər ərzində isti havalar Mərkəzi və Şərqi Avropa ölkələrində gözlənilir.
Qızmar havalar Balkanlardan da yan keçməyəcək, - Meteoalarm metereologiya mərkəzi bildirir.