You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
İngiltərə: Gənclər seks həyatlarında daha çox şeyi sınaqdan keçirir
İngiltərədə keçirilən tədqiqata əsasən gənclər, anal seks də daxil "daha müxtəlif əhatəli" intim həyata sahibdir.
Belə bir nəticəyə millenium (1980-ci illərdə doğulmuş nəslin nümayəndələri) nəslinə dair keçirilən araşdırma gəlib.
22-24 yaşlarında olanların təxminən 30 faizi 18 yaşınadək, o cümlədən anal sekslə də məşğul olduğunu etiraf edib.
Hər on ildən bir keçirilən tədqiqata əsasən gənclərin intim əlaqələrində vaginal və oral seks üstünlük təşkil edir.
İngiltərədə gənclər ilk cinsi əlaqəyə əvvəllər olduğu kimi 16 yaşında başlayır, araşdırma bildirir.
Bu sahədə ilk tədqiqat 1990-cı ildə keçirilib. Sonuncu araşdırmanın nəticələri Journal of Adolescent Health dərgisində dərc edilib.
Media və internetin təsiri
Southampton Universitetindən professor Cynthia Graham cinsi həyatla bağlı tabuların qaldırılmasında internet və medianın rolunu qeyd edir.
Onun sözlərinə görə, insanlar əvvəllər rast gəlmədiyi şeyləri asanlıqla internetdə tapa bilir.
"Anal seks kifayət qədər qeyri-məqbul sayılıb. Lakin belə görünür ki, bu vəziyyət dəyişməkdədir. Ümumiyyətlə, cəmiyyətdə eynicinsli əlaqələr daha məqbul sayılmağa başlanıb. Lakin anal seks və onun motivlərinə dair tədqiqatların sayı hələ də çox aşağıdır."
Alim hesab edir ki, cinsi təhsil və sağlamlıqla bağlı gəncləri daha ətraflı məlumatla tanış etməyə ehtiyac var.