Avropada 44C dərəcəyə çatan istilər - şəkillər

Temperaturun 44 dərəcəyə çatması ilə Avropanın bəzi guşələri son onilliyin ən aşırı qızmar yayına qərq olub.

İtaliya Şimali Afrikadan gələn qızmar hava siklonunun mərkəzində duran ölkələrdən biridir.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, İtaliya Şimali Afrikadan gələn qızmar hava siklonunun mərkəzində duran ölkələrdən biridir.

Rekord istilər İtaliyada yanğınlara səbəb olub, onlarla şəhər və yaşayış məntəqələri səhiyyə xidmətlərinin nəzarətindədir.

Bəzi regionlarda quraqlıq təhlükəsi yaşanır.

Romada 43C

İstilərin potensial təhlükə həddinə gəldiyi bölgələrdə xəbərdarlıqlar verilir.

İtaliyada istilər bu ərəfədə olan orta rəqəmlərdən 10C çoxdur.

Sardiniyada temperatur 44C-ə çatıb.

Albaniya paytaxtı Tirana yaxınlığında meşə yanğınları tüğyan edir

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Albaniya paytaxtı Tirana yaxınlığında meşə yanğınları tüğyan edir.

Albaniyada istilər şəraitində əmələ gələn meşə yanğınları ilə mübarizə üçün ordu hissələri səfərbər olunub.

Burada temperatur 40C təşkil edir.

Albaniya yanğınlarla mübarizə üçün Avropa İttifaqından yardım istəyib.

Romada turistlər fontanlara üz tutub.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Romada turistlər fəvvarələrə üz tutub.
A man cools off in Saint Peter's Square, Rome, during a heatwave, 3 August 2017

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Romada Müqəddəs Pyort Meydanı

Turist və yerli sakinlər sərinləşmək üçün şəhər fəvvarələri ilə hovuzlardan istifadə edir.

Qarşıdan gələn günlər ərzində isti havalar Mərkəzi və Şərqi Avropa ölkələrində gözlənilir.

Qızmar havalar Balkanlardan da yan keçməyəcək, - Meteoalarm metereologiya mərkəzi bildirir.

Çərşənbə axşamı günü Çexiya istilər 37 dərəcəyə çatıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Çərşənbə axşamı günü Çexiyada istilər 37 dərəcəyə çatıb.
Çexiya paytaxtı Praqanın mərkəzində park.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı, Çexiya paytaxtı Praqanın mərkəzində park.