Argentinada “əsrin toyu”: Lionel Messi-nin nikah mərasimi şəkillərdə

Lionell və Antonella

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Messi gələcək xanımını ilk dəfə 6 yaşında ikən görüb.

Argentinalı futbolçu Lionel Messi uşaqlıqdan tanış olduğu Antonela Roccuzzo ilə evlənib.

"Əsrin toyu" adlandırılan mərasim futbolçunun doğma Rosario şəhərindəki dəbdəbəli hoteldə keçirilib.

260 dəvətli arasında incənət və idman ulduzları, məşhur şəxslər olub.

Qonaqlar arasında Luis Suárez, Neymar, Gerard Piqué və onun xanımı, kolumbiyalı pop ulduz Shakira nəzərə çarpıb.

Tədbirdə təhlükəsizlik yüzlərlə polis tərəfindən təmin edilib.

30 yaşlı Messi, və 29 yaşlı Roccuzzo futbolçunun 13 yaşında ikən, İspaniyaya köçməsindən əvvəl tanış olublar.

Argentinanın Clarín qəzeti mərasimi "ilin toyu" və "əsrin toyu" kimi səciyyələndirib.

Messi-nin komanda üzvləri olmuş Xavi Hernandez, Cesc Fàbregas və Carles Puyol partnyorları ilə birlikdə.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Messi-nin komanda üzvləri olmuş Xavi Hernandez, Cesc Fàbregas və Carles Puyol partnyorları ilə birlikdə.
Qırmızı xalçada: Argentina millisinin futbolçusu Ezequiel Lavezzi.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qırmızı xalçada: Argentina millisinin futbolçusu Ezequiel Lavezzi.
Gerard Piqué (solda) və onun xanımı Shakira Rosario aeroportunun işçiləri ilə birgə şəkil çəkdiriblər.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Gerard Piqué (solda) və onun xanımı Shakira Rosario aeroportunun işçiləri ilə birgə şəkil çəkdiriblər.
Rosarioda toy mərasiminin keçirildiyi otelin qarşında toplaşan adamlar.

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Rosarioda toy mərasiminin keçirildiyi otelin qarşında toplaşan adamlar.
Mərasimdən əvvəl rəssam Lisandro Urteaga divarda Messi-nin portretini çəkir.

Şəklin mənbəyi, AFP / Getty Images

Şəklin alt yazısı, Mərasimdən əvvəl rəssam Lisandro Urteaga divarda Messi-nin portretini çəkir.
Messi xanımı və iki uşağı ilə futbol meydançasında.

Şəklin mənbəyi, AFP / Getty Images

Şəklin alt yazısı, Messi xanımı və iki uşağı ilə futbol meydançasında.
Dəvətlilər arasında Uruqvaylı futbolçu Luis Suárez da olub.

Şəklin mənbəyi, AFP / Getty Images

Şəklin alt yazısı, Dəvətlilər arasında Uruqvaylı futbolçu Luis Suárez da olub.