Thomas Goltz: "Qarabağ" futbol klubu meydanını itirsə də, qalib sayılır
"Ümumi nəticə: Evsiz Çempionlar", Dağlıq Qarabağ münaqişə nəticəsində doğma stadionlarından məhrum olmuş Ağdamın "Qarabağ" futbol klubu haqqında çəkilmiş filmdir.
Bu, amerikalı jurnalist Thomas Goltz-un son layihəsidir.
“Azərbaycan Gündəliyi” kitabının müəllifi olan yazıçının bildirdiyinə görə onun əvvəllər futbol haqqında təsəvvürü belə olmayıb.
O, idmanın bu növü və "Qarabağ" futbol klubu ilə hollandiyalı araşdırmaçı, “Ofsayd: Mühacirətdə Futbol” kitabının müəllifi Arthur Huizinga vasitəsilə tanış olub.
BBC Azərbaycanca üçün Tbilsidə səfərdə olan Thomas Goltz-la müsahibəni britaniyalı jurnalist Onnik James Krikorian alıb.