Özbəkistanda seçkilər: kim qalib gələcək və bu nə deməkdir?

Şəklin mənbəyi, AP
- Müəllif, Abducəlil Abdurəsulov
- Vəzifə, BBC News, Mərkəzi Asiya müxbiri
Özbəkistan sabiq prezident İslam Kərimovun vəfatından sonra yeni prezident seçir.
Sovetlərin dağılmasından sonra ölkənin yeganə prezidenti olmuş Kərimov Özbəkistanı dünyanın ən repressiv ölkələrindən birinə çevirmişdi.
Kim qalib gələcək?
Prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyoyevin qalib gələcəyinə şübhə yoxdur. O bundan öncə baş nazir vəzifəsini icra edirdi.
Azad və ədalətli seçki sistemi olmayan Özbəkistanda qaliblər adətən 90 faizdən çox səs toplayır.

Şəklin mənbəyi, Reuters
Cənab Mirziyoyev ilk dəfədir namizədliyini irəli sürsə də, onun indiki vəzifəsi "inzibati resurslar"a çıxış imkanı verir. Adətən bu resurslar qələbənin zamini olur.
Qalan üç namizədin isə daha az şansı var. Onlardan ikisi 2015-ci ildə seçkilərə qatılıb.
Cənab Kərimovun ölümündən sonra Senatın rəhbəri prezidentlik vəzifələrini icra etməli idi, amma o cənab Mirziyoyevin xeyrinə kənara çəkildi - bu, kimin real gücə sahib olduğunu göstərir.
Qonşu ölkələrin liderləri cənab Mirziyoyevin namizədliyini açıq dəstəkləyib.





