Yeni Zelandiyada zəlzələdən sonra sunami təhlükəsi yaranıb

Şəklin mənbəyi, AP
Yeni Zelandiyanın Cənub adasında zəlzələdən sonra sunami təhlükəsi yaranıb.
ABŞ Geoloji Mərkəzi bildirib ki, episentri Christchurch şəhərindən təxminən 95 kilometr uzaqlıqda yerləşən 7.8 ballıq zəlzələ Bakı vaxtilə saat 15.02-də baş verib.
Hadisədən iki saat sonra isə şimal-şərq sahillərinə sunami gəlib. Rəsmilər sonrakı sunami dalğalarından ehtiyatlı olmağı məsləhət görüb.
Sahilboyu yaşayan sakinlərə daha hündür ərazilərə getmək barədə xəbərdarlıq edilib.
Hazırda dalğaların hündürlüyü 2.5 metrə çatır.
Mülki müdafiə nazirliyi bildirb ki, Malborough-da və Banks yarımadasında dalğaların hündürlüyü 5 metrə çata bilər.

Şəklin mənbəyi, AFP

Şəklin mənbəyi, AP
Radio New Zealand məlumat verir ki, minlər insan evlərindən təxliyə olunub.
Bəzi insanlar sosial media vasitəsilə zərərçəkmişlərə gecə evlərində qalmağı təklif edib.
2011-ci ildə Christchurch şəhərində baş vermiş zəlzələ nəticəsində şəhər dağılıb və 185 nəfər ölüb.

Şəklin mənbəyi, Fresh Choice Nelson City

Şəklin mənbəyi, Twitter

Şəklin mənbəyi, Getty Images




