Qafqaz Universitetinə yeni rektor təyin olundu

Şəklin mənbəyi, qu.edu.az

Qafqaz Universitetinin rektoru vəzifəsinə Elmar Qasımov təyin olunub, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin idarə heyətinin üzvü bu barədə məlumat yayıb.

Buna qədər universitetin rektoru olan Prof. Dr. Ahmet Saniç müəllim kimi də olsa universitetdə qalmayaraq özü ali təhsil ocağını tərk edib.

"Qafqaz Universitetində Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi adından Xalik Məmmədov qərarı elan edir. Bütün fakültələr olduğu kimi qalır və tələbə qəbulu davam etdirilir", məlumatda deyilir.

İdarə heyətinin üzvünün sözlərinə görə, Qafqaz Universitetinin adı dəyişməyəcək və universitet "yenə də öz diplomunu təqdim edəcəkdir, bununla bağlı sənədlər hazırlanır".

Elmar Qasımov Bakı Ali Neft Məktəbinin (BAHM) rektoru vəzifəsini icra edir. Qafqaz Universitetinin təsisçisi olan ARDNŞ –nın ötən gün verdiyi qərarla ali təhsil ocağı BANM-ın idarəçiliyinə verilib.

Hazırda universitetdə 5 mindən çox tələbə təhsil alır.

Həmçinin oxuyun:

  • <link type="page"><caption> Qafqaz universitetində baş verənlər sosial medianın gözü ilə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/07/160720_qafqaz_uni_social" platform="highweb"/></link>
  • <link type="page"><caption> "Gülen məktəbləri siyasi mübarizənin arasında"</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/03/140310_gulen_schools_analysis" platform="highweb"/></link>

Universitetin təsisçisiliyi 2013-cü ildən etibarən Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinə keçib. İctimai Birlik sayılan mərkəzin əsas təsisçisi Dövlət Neft Şirkəti hesab olunur və mərkəz “Çağ Öyrətim İşlətmələri” şirkəti ilə birgə təsisçilik əsasında yaradılıb.

Mərkəzin tərkibində Bakı İstedadlar Təhsil Kompleksi, Bakı Fransız Liseyi və Qafqaz Universiteti fəaliyyət göstərir.

Qafqaz Universiteti Azərbaycanda 1993-cü il mayın 1-i fəaliyyətə başlayıb. 1995-ci ildə dövlət qeydiyyatına alınan ali təhsil ocağı "Çağ Öyrətim İşlətmələri" şirkətinin təhsil kompleksinin ən yüksək pilləsidir.

2003-2004-cü tədris ilində mərhum prezident Heydər Əliyevin şəxsi göstərişi ilə Bakı-Sumqayıt yolu üzərində Universitetə ayrılmış 20 hektar torpaq sahəsində müasir tədris korpusu inşa olunub.