ANS: Fethullah Gülenin mətbuat konfransına qatılmaq "ciddi xətadır"

Şəklin mənbəyi, ANS
ANS TV-nin əməkdaşının Fethullah Gülenin mətbuat konfransında iştirak etməsi "ciddi xətadır" və buna görə də ANS Türkiyə və Azərbaycan xalqından üzr istəyir, şirkətin baş direktoru Mirşahin Ağayev APA-ya müsahibəsində deyib.
"Bizim əməkdaşımızın Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi belə həssas məqamda ciddi ehtiyatsızlıq idi və mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim", cənab Ağayev yaranmış narahatlıqlardan danışır.
Baş direktorun sözlərinə görə, Feəthullah Gülənin müsahibəsi ilə tanış olandan sonra şirkət rəhbərliyi Türkiyədəki son olayları nəzərə alaraq onu "efirə verməməyi qərara alıb".
Mirşahin Ağayev əmin edir ki, televiziyada Fethullah Gülenin müsahibəsinin anonsu getməyib. "Elə MTRŞ-nın monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər", o əlavə edib.
Televiziyada Fethullah Gülenin müsahibəsinin "anonsunun verilməsi" ilə bağlı məsələyə aydınlıq gətirmək üçün baş direktor deyib ki, keçirilən mətbuat konfransına qatılan xarici media nümayəndələrinin hazırladığı reportaj və çəkilən şəkillərdə ANS TV-nin müxbiri də yer alıb.
Həmçinin bax:
- <link type="page"><caption> Azərbaycan və Türkiyə sosial mediası ANS-in bağlanması haqqında</caption><url href="http://www.bbc.com/azeri/trending/2016/07/160719_ans-tv_trending" platform="highweb"/></link>
- <link type="page"><caption> Fethullah Gülen ilə müsahibə: "Məsələ ssenari şəklində cərəyan edir"</caption><url href="http://www.bbc.com/azeri/multimedia/2016/07/160718_fetullah_gulen_interview" platform="highweb"/></link>
"Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam əminliklə demək istəyirəm ki, bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib", cənab Ağayev "ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq" deyir.
Müsahibənin sonunda o, prezident Əliyevdən xahiş edib ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətlərini bərpa etməklə "yüzlərlə əməkdaşı və milyonlarla tamaşaçını sevindirsin".
ANS özəl televiziyanın yayımı 1 ay dayandırılaraq quruma verilən 25 oktyabr 2013-cü il tarixli lisenziyaya xitam verilməsi barədə məhkəmə iddiası qaldırılması haqda qərar qəbul olunub, ntrc.gov.az saytı yazır.
Qərara əsasən “ANS ÇM Yayım və Media” Şirkətinin eyni tarixli lisenziyasına xitam verilib.
"Terrorizmi təbliğ etməkdə" ittiham olunan televiziyanın bazar ertəsi axşam saatlarından başlayaraq yayımı "müvəqqəti olaraq" dayandırılıb. Televiziya kanalı ilə yanaşı quruma məxsus olan xəbər portalı da bazar ertəsindən etibarən fəaliyyətini dayandırıb.
ANS özəl televiziya kanalının fəaliyyətinin dayandırılması haqda qərarı Milli Televiziya və Radio Şurası (MTRŞ) baş Prokurorluğun müraciətini nəzərə alaraq verib, qurumun saytı yazır.
Bazar ertəsi axşam saatlarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə televiziyanın server və texniki otaqları möhürlənib. Telekanalın əməkdaşları televiziya binasına buraxılmır. Binada polis postu qoyulub.
Televiziya kanalının prezidenti Vahid Mustafayev və vitse-prezident Mirşahin Ağayevin Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində izahatı alınaraq sərbəst buraxılıb, APA xəbər agentliyi bildirir.
Məlumatı rəsmi olaraq təsdiqləmək mümkün olmayıb. ANS şirkətlər qrupu hadisəyə münasibət bildirmir və şirkətlə əlaqə saxlamaq mümkün olmayıb.
Hadisə, televiziya kanalı hazırda ABŞ-da yaşayan Fethullah Gülendən aldığı müsahibəni "efirə verməsi ilə bağlı anons yaymasından" sonra baş verib.
"Əlaqəsi yoxdur"
Baş Prokurorluğun etdiyi müraciətə əsasən, Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin "pozulmasına yönəlmiş təxribatın" qarşısını almaq, açıq şəkildə "terrorizmin" təbliğatına yol verməmək məqsədilə ANS telekanalının yayımının müvəqqəti dayandırılması barədə Şura tərəfindən qərar qəbul edilib.
Türkiyə rəsmiləri iyul ayının 15-i baş verən çevrilişə cəhddə ABŞ-da məskunlaşan Fethullah Güleni və hakimiyyəti devirmək üçün onun yaratdığı "paralel quruluşu" <link type="page"><caption> günahlandırıb</caption><url href="http://www.bbc.com/azeri/region/2016/07/160718_turkey_coup_attempt" platform="highweb"/></link>.
Şuranın yaydığı məlumatda deyilir ki, ANS Müstəqil Yayım və Media Şirkəti Azərbaycan və Türkiyə xalqları arasında qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə "zidd mövqe" tutub, Türkiyə dövlətinin və hakimiyyətinin "əleyhinə təbliğat aparıb, bu ölkədə terrorçu təşkilat kimi tanınan, çoxsaylı insan ölümünə səbəb olmuş qanlı hadisələri təşkil edən Fətullah Gülənə və onun tərəfdarlarına dəstək verib".
"Hadisə baş verən andan ANS telekanalı ayrı-ayrı reportajlarında, müsahibələrdə Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışıb. ANS-in ABŞ-dakı əməkdaşı Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fethullah Gülendən müsahibə alıb, bu müsahibə yerli və xarici KİV-lər vasitəsilə anons edilib", məlumatda deyilir.
Məlumatda o da bildirilir ki, ANS özəl televiziya kanalı "dəfələrlə" xəbərdarlıq edilməsinə baxmayaraq, "terrorizmin təbliği istiqamətində fəaliyyətini" davam etdirib və Türkiyədə "vətəndaş qarşıdurmasının dərinləşməsinə yönələn addımlar atıb".
Şuranın yaydığı məlumatda deyilir ki, bununla bağlı Türkiyənin hakimiyyət orqanları, bu ölkənin səfirliyi Azərbaycanın dövlət qurumlarına müraciət edərək məsələ ilə bağlı dərin narahatlıqlarını bildirib və müvafiq tədbir görülməsini xahiş edib.
"ANS telekanalının qanunazidd fəaliyyəti ilə bağlı məhkəməyə müvafiq müraciət olunacaq və son qərar məhkəmə tərəfindən veriləcək", MTRŞ-nın yaydığı məlumatda deyilir.
"Bu hadisəyə yəqin müxtəlif bucaqdan baxış olacaqdır. Amma fakt göz önündədir. Fətullah Gülənin məsələsi, onunla bağlı hazırlanan müsahibənin mövcud olması. Birmənalı qaydada vurğulayıram ki, bunun söz və mətbuat azadlığı ilə heç bir əlaqəsi yoxdur", MTRŞ sədri Əflatun Amaşov bazar ertəsi dövlət televiziya kanalı olan AZTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində deyib.
ANS özəl televizya kanalının yayımı ikinci dəfədir dayandırılır. İlk dəfə televiziya kanalının yayımı 2006-cı ilin noyabr ayında, 19 günlük dayandırılmışdı.



