F1: GP2 yarışının birincisi italiyalı Antonio Giovinazzidir

Şəklin mənbəyi, Getty
Qrand Pri 2 (GP2) yarışının ilk yerlərini PREMA Racing komandasının pilotları paylaşıb. İtaliyalı pilot Antonio Giovinazzi 21 dövrəni 1:54.792 dəqiqəlik dərəcə ilə bitirərək yenidən GP2 yarışının birincisi olub.
Onun komanda yoldaşı ikinci pillədə dayanıb. Fransalı Pierre Gasly yarışı 1:55.127 dəqiqəlik dərəcə ilə bitirib. Art Grand Prix komandasının pilotu rusiyalı pilot Sergey Sirotkinin nəticəsi həmkarından saniyədə bir qədər geri qalıb və o, 1:55.343 dəqiqəlik dərəcə ilə yarışın üçüncüsü adını alıb.
8 pilot isə yarışı demək olar ki, bitirə bilməyib.
Formula 1-in alt kateqoriyası olan GP2-də həyəcanlı anlar az olmayıb. Yarış zamanı bir-birini ötməyə çalışan bolidlərdən biri sürəti tənzimləyə bilmədiyindən döngədə yerində fırlanıb. Nəticədə onun arxasınca gələn digər iki bolid sağa manevr edərək bordürə çırpılıb.
Digər bir döngədə isə bolidin biri digərinə arxadan çırpılıb və nəticədə hər ikisi yarışı dayandırmalı olub. Digər bir pilot isə döngədə yanlış yerə daxil olub və bir müddət yerindən tərpənə bilməyib.
Yarışda tamaşaçı azlığı da diqqət çəkib. Səmadan çəkiliş zamanı bir çox oturacaqların demək olar ki, boş olduğu görünüb.
Şənbə günü BBC Azərbaycancaya danışan Formula 1 sözçüsü Nigar Arpadaray bildirib ki, "əsas tamaşaçı sürücülərin paradını, açılış mərasimini və nəticələri bilmək üçün yarış günü gələcək".
F1 final günü planı:
Bazar günü Formula 1 yarışı günü 3 komandanın avtoqraf sessiyası ilə başlayıb. Bu dəfəki sessiyada Manor Racing, Williams Martini Racing və Sauber F1 komandasının pilotları avtoqraf verib.
Günorta saatlarında GP2 ikinci yarışı olub. Yarışda pilotlar trek üzrə 23 dövrə vurub və ya 45 dəqiqə yarışıb.acaqlar.
Pilotların paradı və açılış mərasimi məhz bu yarışdan sonra, günorta saat 15:30-da baş tutacaq. Parad zamanı F1 pilotları trek boyunca hərəkət edərək bütün tamaşaçıları salamlayacaq.
Bundan sonra başlayacaq açılış mərasimi 20 dəqiqə davam edəcək və ilk olaraq uşaq sürücülər hər kəsi salamlayacaq. 5 hissədən ibarət olan açılış mərasimində Azərbaycan və Formula 1 dəyərlərini özündə birləşdirən 5 simvol və naxışlardan istifadə olunacaq. Bunlar, alov- ehtiras, su- dirilik, külək-sürət, irəli- qələbə qazanmaq, Birlik- ölkələrin birliyindən ibarətdir.
Daha sonra Uşaq Filarmoniyasının 40 gəncindən ibarət qrup Azərbaycan Milli himnini səsləndirəcək.
Bakı vaxtilə saat 17:00-da, Formula 1 Avropa Qran Pri yarışı start götürəcək.
Yarışın son gününə müğənni Pharrell Williams çıxışı ilə nöqtə qoyacaq.
Azərbaycan paytaxtı Bakıda Formula 1 yarışları 17-19 iyunda keçirilir.
Cümə günü iki 90 dəqiqəlik məşq yarışı ilə başlayan yarışlar şənbə günü Bakı Qran Prisi - bir 60 dəqiqəlik məşq yarışı və bir 60 dəqiqəlik kvalifikasiya yarışı ilə davam edib.
<link type="page"><caption> Kvalifikasiya</caption><url href="http://www.bbc.com/azeri/international/2016/06/160618_baku_f1_hamilton" platform="highweb"/></link> mərhələsində almaniyalı Nico Rosberg birincilik qazanıb.
Həm <link type="page"><caption> Sərbəst Yürüş Sessiyası</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/06/160617_formula_1.shtml" platform="highweb"/></link>, həm də Üçüncü Sərbəst Yürüşün qalibi isə britaniyalı Lewis Hamilton olub.




