Xədicə İsmayılova: "Mən oyuncaq deyiləm"

Şəklin mənbəyi, Azadliq Radiosu RFE RL
"Mən Bakı və ya Washington tərəfindən diplomatik qazanc üçün istifadə olunacaq oyuncaq deyiləm", Xədicə İsmayılova, cümə axşamı Washington Post qəzetinin saytında çap olunan məktubunda yazır.
Həbsxanadan məktub göndərən jurnalist, siyasi fəalların Prezident İlham Əliyevin <link type="page"><caption> son amnistiya aktı</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160317_president_pardon.shtml" platform="highweb"/></link> nəticəsində həbsxanadan azad edilməsini şərh edib.
Xədicə İsmayılova, bu hadisəni İlham Əliyevin <link type="page"><caption> Washington səfərilə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160330_aliyev_washington_visit" platform="highweb"/></link> əlaqələndirən tanınmış şərhçilərdən biridir.
Mart ayında beynəlxalq təşkilatların "siyasi məhbus" hesab etdiyi 14 şəxs həbsdən azad edilib, jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi İntiqam Əliyev şərti azadlığa buraxılıb.
"Bu həftə Əliyev Nüvə Təhlükəsizlik Sammiti üçün Washingtondadır. Bu tədbirə Prezident Obamadan dəvət almaq üçün o, bir neçə siyasi məhbusu əfv etməli idi", yazır tədqiqatçı jurnalist. "Onlar həbsxanadan azad olunsa da, ölkəni tərk edə bilmir və ədalət bərpa olunmayıb".
Xədicə İsmayılovanın fikrincə, bu məhbusların məhz indi azad edilməsi, Azərbaycanın üzləşdiyi iqtisadi çətinliklərlə bağlıdır.
"Əliyev utanmazcasına siyasi məhbuslardan, xarici siyasətini yürütməyə alver üçün istifadə edir", azad edilən məhbuslar üçün sevindiyini qeyd edən jurnalist yazır. "Mən törətmədiyim cinayət üçün əfv müraciəti etməyəcəyəm. Mən indi də, həbsdə olsam da azadam və mənim azadlığım satışa çıxarılmayıb".
Martın 31-də Britaniyanın The Guardian qəzetinin saytında İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədlinin məqaləsi də dərc olunub. Onlar da ötən ay azad edilən məhbuslar arasında olub.
"Biz sonuncu siyasi məhbuslar deyildik. Bir çox jurnalist, siyasətçi, fəal və bloger hələ də barmaqlıqlar arasındadır", məqalədə yazılıb.
Emin Hüseynov martın 30-da ABŞ-ın Foreign Policy dərgisinin saytında dərc olunan yazısında həmçinin prezidentin amnistiya aktına skeptisizmlə yanaşıb. "Günahsız azamları azad etdiyinə görə Əliyevi alqışlayanlar götür-qoy etsinlər", o yazıb. "Siyasi məhbuslar üçün fırlanan qapıları, sonsuz həbs və azad etmə prosesini çoxdan görmüşük".
ABŞ-ın dövlət katibi John Kerry çərşənbə axşamı günü prezident Əliyevlə <link type="page"><caption> görüşüb</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2016/03/160330_aliyev_washington_visit" platform="highweb"/></link>. Görüşdən sonra ABŞ Dövlət Departamentinin sözçüsü John Kirby bildirib ki, demokratiya və insan haqları məsələlərinə gəldikdə, cənab Kerry "Azərbaycanın bu yaxınlarda atdığı müsbət addımları alqışlayıb və bundan sonra da irəliləyişlərin [əldə olunmasına] çağırış edib".
Azərbaycan ölkədə siyasi məhbusların olmadığını deyir. Hökumət tərəfdarları martın 17-də imzalanan amnistiya aktını prezident Əliyevin atdığı "humanist addım" kimi dəyərləndirir.






