Bakı: müxalifət Rəsulzadənin anma mərasimini keçirib

Müxalifət nümayəndələri Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət edib

Şəklin mənbəyi, Aziz Kerimov

Şəklin alt yazısı, Müxalifət nümayəndələri Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsini ziyarət edib

Bakıda əsas müxalifət partiyalarının nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin doğulmasının 132 illiyi münasibətilə yürüş keçirib.

Bazar günü, günorta saat 12.00- 14.00 arasında əvvəlcə Müsavat və Klassik Xalq Cəbhəsi, sonra isə AXCP və Milli Şura Rəsulzadənin doğulduğu Novxanı kəndindəki abidəsi önünə gedib.

Bakıdan jurnalist Əziz Kərimov BBC Azərbaycancaya deyib ki, yürüşdə təxminən 300-350 nəfər iştirak edib.

Şəklin mənbəyi, Aziz Kerimov

Yürüş əvvəlcə Müsavat partiyası başqanı Arif Hacılının, müxalifət lideri İsa Qəmbər və Rəsulzadənin nəvəsi Rais Rəsulzadənin çıxışı ilə başlayıb. Müsavatçılar getdikdən sonra yürüş edən AXCP və Milli Şuradan isə müxalifət lideri Əli Kərimli və sabiq prezidentliyə namizəd Cəmil Həsənli çıxış edib.

Hadisə yerinə polis və Dövlət Təhlükəsizlik Xidməti nümayəndələri ümumi nəzarət edib.

Anım günü sosial şəbəkələrdə də müxtəlif paylaşmalarla müşahidə edilib.

Şəklin mənbəyi, Aziz Kerimov

İstifadəçilər Rəsulzadənin AXC və müstəqillik ideyalarını açıqladığı radio çıxışlarını paylaşıb, ondan sitatlar gətirib.

"Bir kərə yüksələn bayraq Bir daha enməz!!! #Rəsulzadə #Azərbaycan", Nəzrin adlı istifadəçi <link type="page"><caption> yazı</caption><url href="https://twitter.com/Nezrin___96/status/693544494831136769" platform="highweb"/></link>b.

Bəziləri onun Ankaradakı qəbrinin fotolarını paylaşıb:

Şəklin mənbəyi, Aziz Kerimov

"Müstəqilliyin gəncləri onun vurğunudurlar. #Resulzade #Rəsulzadə #MER #Ankara #birdefeyükselenbayraqbirdahaenmez", Cavid Suleymanov <link type="page"><caption> paylaşıb</caption><url href="https://twitter.com/suleymanov60/status/693739377701318656" platform="highweb"/></link>.

Əksər istifadəçilər isə Rəsulzadəyə təbriklərini bildirib:

"#Doğum günün mübarək, Şərqin ilk Demokratik olan Azərbaycan Respublikasının qurucusu Məmməd Əmin #Rəsulzadə! #ADR1918", Nargiz Qurbani <link type="page"><caption> yazıb</caption><url href="https://twitter.com/nargizgurbani/status/693793016109256704" platform="highweb"/></link>.

Rəsulzadə kimdir?

Şəklin mənbəyi, archive

Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində doğulub.

Gənc ikən siyasətlə maraqlanan Rəsulzadə 1911-ci ildə bir qrup tərəfdaşı ilə Müsavat partiyasını qurub.

O, 1918-ci il mayın 27-də Gürcüstanda Azərbaycan Milli Şurasını yaradır və bir gün sonra şuranın sədri kimi Azərbaycanın müstəqilliyini elan edir.

23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) paytaxtı sentyabrda Bakıya köçürülür.

AXC 1920-ci ilin aprelində bolşeviklər tərəfindən zəbt edilir.

Bundan sonra Rəsulzadə həyatını ömrünün sonuna, 1955-ci il 5 marta qədər mühacirətdə yaşamağa məcbur olub.