Günəşli yatağı: daha bir neftçinin cəsədi tapılıb

Şəklin mənbəyi, Reuters

"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin cəsədi ailəsinə təhvil verilib, Fövqəladə Hallar Nazirliyi bildirib.

Sahib Şahmarovun cəsədi cümə günü Xəzər dənizinin Türkmənistan sahillərində tapılıb və ötən gün Azərbaycana gətirilib.

Bununla da, yanğın nəticəsində itkin düşərək həlak olanların sayı 11-ə çatıb.

BBC-nin itkin düşmüş neftçilərin ailələri ilə müsahibələrindən birində Şahmarovun 10 yaşlı qızı müxbirimizdən "<link type="page"><caption> atasını gətirməyi</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/12/151220_missing_oil_worker_story2" platform="highweb"/></link>" istəmişdi.

Dekabrın 4-də Azərbaycan Dövlət Neft Şirkətinin "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə yanğın baş verən zaman özüldə 63 nəfərin olduğu bildirilir.

Hadisə nəticəsində 33 nəfər xilas edilib, 19 nəfərin axtarışı isə davam edir.

Bu qəza, 1985-ci ildən indiyədək Azərbaycanda dəniz neftçıxarma platformalarında baş vermiş ən böyük miqyaslı hadisədir.