ABŞ: universitetdə atışma nəticəsində bir nəfər ölüb

Şəklin mənbəyi, AP
ABŞ-ın Tennessee Dövlət Universitetində silahlı insident nəticəsində bir nəfər həyatını itirib, üç nəfər isə yaralanıb, ABŞ polisi bildirib.
Nashville şəhərinin polisi tvit edərək bildirib ki, zorakı hadisə cümə axşamının gecəsi, zər oyunu ilə bağlı yaranmış mübahisədən sonra baş verib.
Mübahisə nəticəsində 19 yaşlı tələbə həyatını itirib və hadisənin baş verdiyi yerdən keçən üç tələbə isə yaralanıb.
Bundan bir həftə əvvəl kollec yaxınlığındakı parti zamanı silahlı atışma nəticəsində üç nəfər yaralanıb.
Son hadisə zamanı şübhəli şəxs hadisə yerini ayaqla tərk edib.
Universitet sözçüsü bildirib ki, mübahisədə iştirak edən şəxslər universitet tələbələri olmayıb və güman ki, qumar oynayıblar.

