Meydan TV və jurnalistlərin "təqiblərinə son qoyulsun"

Jurnalistllərin Müdafiə Komitəsi Şirin Abbasovu azad etməyə səsləyib.

Şəklin mənbəyi, Meydan TV

Şəklin alt yazısı, Jurnalistllərin Müdafiə Komitəsi Şirin Abbasovu azad etməyə səsləyib.

Mətbuat azadlığının müdafiəsi üzrə kampaniya qrupu Meydan TV əməkdaşlarına “təzyiqləri” pilsəyən bəyanatla çıxış edib.

Jurnalistlərin Müdafiə Komitəsinin (The Committee to Protect Journalists) açıqlamasında həmçinin 1 ay müddətinə həbs olunan “Şirin Abbasovun və digər həbs olunmuş jurnalistlərin" azad olunmasına çağırış səslənir.

“Jurnalistika cinayət deyil”, - Nyu Yorkda mənzilllənən təşkilat tərəfindən yayılmış bəyanatda deyilir.

Azərbaycan rəsmiləri Qərbdə səslənən tənqidlərin qərəzli olduğunu deyirlər.

Jurnalistlərin Müdafiə Komitəsinin açıqlamasından əvvəl müxalif meylli Meydan TV ilə əməkdaşlıq edən jurnalist Cavid Abdullayevin kirayə qaldığı mənzildə axtarış aparılıb.

Bundan əvvəl xəbər portalı ilə əməkdaşlıq edən Aytac Əhmədova Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsi tərəfindən saxlanılıb. <link type="page"><caption> O bir neçə saat sonra azad edilib.</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150916_meydan_tv_detained" platform="highweb"/></link>

Sentyabrın əvvəlində Meydan TV ilə <link type="page"><caption> əməkdaşlıq edən jurnalistlər</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/09/150902_meydan_tv_reporters.shtml" platform="highweb"/></link> Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə çağrılaraq dindirilib.

Berlində mənzillənən Meydan TV-nin təsisçilərindən biri Həbib Müntəzir deyib ki, media qurumu hazırda "çətinliklə də olsa fəaliyyətini davam etdirir".

"Bizim üçün əsas olan işçilərimizin təhlükəsizliyidir", o əlavə edib.