Xədicə İsmayılova: Azərbaycanın ən tanınmış məhbus jurnalisti haqqında nə bilirik?

Şəklin mənbəyi, Getty

Xədicə İsmayılova yəqin ki, Azərbaycanın ən yaxşı tanınan və haqqında ən çox danışılan jurnalistidir. Onun təhqiqatlarının qlobal təsiri olub və bu təsirin dalğaları onun həbsxanada olduğu indiki vaxtda da hiss edilir.

Hazırda onun məhkəməsi davam edir. Xədicə İsmayılovanın Azərbaycan və dünya üçün əhəmiyyəti nədir?

Korrupsiyanın faş edilməsi

İsmayılova uzun illər AzadlıqRadiosunda işləyib, müəllif kimi ciddi tok-şoulara aparıcılıq edib. Lakin son illərdə o, Azərbaycanda və xaricdə daha çox təhqiaat jurnalisti kimi tanınmağa başlayıb.

Onun ən təsirli işlərindən biri də prezident ailəsinin biznes əlaqələri və ofşor bank hesabları, habelə dövlət neft fondundan iri məbləğlərin hökumət nazirləri tərəfindən mənimsənilməsi ilə bağlı olub.

Lakin onun həbsxanaya salınması jurnalisti fəaliyyətindən tamamilə məhrum edə bilməyib. Azərbaycanın hakim ailəsinin biznes fəaliyyətinə dair onun başladığı araşdırmalar onun Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (Organised Crime and Corruption Reporting Project - OCCRP) üzrə həmkarları tərəfindən dərc edilib.

Hətta dəmir barmaqlıqlar arxasında olduğu və mühakimə edildiyi bir vaxtda da o, həbsxanalardakı “qanunsuz fəaliyyət və korrupsiyadan” söz açıb: “Məhbuslara onlara düşən ət və pendir verilmir. Prokurorların bu məsələni araşdırması yaxşı olardı” – İsmayılova öz məhkəməsində deyib.

<link type="page"><caption> "Gizli bir şeyi açmaq və paylaşmaq xoşuma gəlir" - Xədicə İsmayılın BBC-ə verdiyi bu müsahibədə</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2014/09/140902_khadija_journalists_interview" platform="highweb"/></link>

Mükafatlar

Onun jurnalistikası ona bir sıra nüfuzlu mükafatlar qazandırıb. Bunlardan bir çoxuna o artıq məhbəsdə ikən layiq görülüb. Bu mükafatların arasında John Aubuchon Mətbuat Azadlıığı, Amerika PEN təşkilatının PEN/Barbara Goldsmith Yazmaq Azadlığı mükafatları da var.

2012-ci ildə İsmayılova Beynəlxalq Qadın Media Fondunun (International Women’s Media Foundation) Jurnalistikada Cəsarət Mükafatına layiq görülüb.

Şəklin mənbəyi, Getty

Amerikanın PEN mükafatları mərasimində “Çərpələng uçuran” kitabının müəllifi və PEN Amerika Mərkəzinin üzvü Xaled Hoseyni Xədicə İsmayılovanı “nəinki qorxmaz jurnalist, həm də Azərbaycanda öz ifadə azadlığından istifadə etmək istəyən onlarca yazar və dissidentinin qızğın müdafiəçisi” adlandırıb.

Şantaj

Lakin beynəlxalq aləmdə tanınan Xədicə İsmayılova apardığı araşdırmalara görə vətənində təhlükələrlə qarşılaşıb. Hökumət rəsmiləri və hakim partiyaya yaxın media qurumları onun reportajlarını tənqid ediblər və qəzetlər onu “amerikapərəst”, “beynəlxalq agent” adlandırıblar, ona şəxsi zəmində hücum çəkiblər.

Şəklin mənbəyi, Getty

2012-ci ildə ona bir məktub və sevgilisi ilə sekslə məşğul olduğunu əks etdirən bir neçə foto göndəriblər. Bunlar onun yataq otağında gizli quraşdırılmış kameralarla çəkilib. Məktubda ondan iddia edilən hökumət korrupsiyasına dair araşdırmalarını dayandırması tələb edilib.

O bu şantaja boyun əymədikdə isə videonun bütöv versiyası internetə buraxılıb.

Cinayət təhqiqatı

Xədicə 2014-cü ilin 5 dekabrından “bir şəxsi intihara təhrik etmək” ittihamı ilə məhkəməyə qədər həbsdədir. Xədicə bu ittihamı rədd edir və ittihamı ona qarşı irəli sürmüş şəxs, onun keçmiş həmkarı şikayətini geri götürüb.

Lakin indi ona qarşı daha çox ittihamlar irəli sürülüb: Azərbaycanda bir çox başqa insan haqları müdafiəçiləri kimi o da mənimsəmədə, vergidən yayınmada və səlahiyyətlərindən sui-istifadədə ittiham edilir.

Bu ittihamlar üzrə ona qarşı ifadə vermis şəxslərin çoxu da ərizələrini geri götürüblər və bildiriblər ki, onun əleyhinə hakimiyyətin təzyiqi altında ifadə veriblər.

Bir neçə hökumətyönlü mediadan başqa, Xədicə İsmayılovanın məhkəməsinin keçirildiyi zala jurnalistlər, o cümlədən BBC müxbirləri buraxılmır.

Digər məhbusların profillərini də oxuyun:

Leyla Yunus

<bold>Azərbaycanın aparıcı insan haqları müdafiəçisi Leyla Yunus bu gün 8 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Onun əri, Arif Yunus isə 7 il həbs cəzası alıb. Dünya səviyyəsində tanınan bu fəal haqqında <link type="page"><caption> bu yazıdakıları</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150813_yunus_profile" platform="highweb"/></link> bilməyimizə ehtiyac var.</bold>

Rəsul Cəfərov

Şəklin mənbəyi, AFP

<bold>Rəsul Cəfərovu beynəlxalq təşkilatlar siyasi məhbus hesab edir. İkinci ildir ki, ad gününü həbsdə qeyd edən hüquq müdafiəçisi kimdir? <link type="page"><caption> Oxuyun</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/08/150817_rasul_jafarov_profile" platform="highweb"/></link>. </bold>