Rəsul Cəfərov kimdir?

Şəklin mənbəyi, rasul jafarov

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərovun bu gün 31 yaşı tamam olur. Beynəlxalq təşkilatlar onu siyasi məhbus hesab edir.

Fəaliyyəti

Rəsul Cəfərov bir müddət Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda (RATİ) hüquqşünas kimi çalışıb.

2010-cu il dekabrın 10-da İnsan Hüquqları Klubunu təsis edib.

2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı insan haqları kampaniyası olan "Demokratiya naminə oxu"-nun ("Sing for Democracy") koordinatoru olub.

O, 2014-cü ildə Leyla Yunusla birlikdə Azərbaycandakı siyasi məhbusların siyahısını tərtib etmək üçün qurulan işçi qrupa rəhbərlik edib.

Həbsi və məhkəmə qərarı

Şəklin mənbəyi, AFP

Rəsul Cəfərov 2014-cü il avqustun 2-də həbs edilib.

O, qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunaraq 2015-ci il aprelin 16-da<link type="page"><caption> 6 il 6 ay</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/04/150416_rasul_jafarov_verdict" platform="highweb"/></link> müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə ona qarşı, həmçinin mənimsəmə və sənədləri saxtalaşdırma maddələri ilə də əlavə ittihamlar elan olunub.

Rəsul Cəfərov özünü heç bir ittihamda təqsirli bilmir və məhkəmə qərarını "siyasi sifariş" adlandırır.

2015-ci ilin iyul ayında Rəsul Cəfərov ittiham edildiyi vergidən yayınma maddəsinin nəzərdə tutduğu <link type="page"><caption> borcu ödəyib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150729_rasul_jafarov_tax_payment" platform="highweb"/></link>. Həmin vaxt vəkillər bildirib ki, 7000 manata yaxın borcun ödənməsi ilə Cəfərov barəsində "vergidən yayınma" maddəsinə xitam verilə bilər.

Ancaq iyulun 31-i baş tutan apellyasiya şikayətinin yekun baxış iclasında onun həbs müddəti cəmi <link type="page"><caption> 3 ay</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150731_rasul_jafarov" platform="highweb"/></link> azaldılıb.

Beynəlxalq dəstək

Beynəlxalq təşkilatlar da hüquq müdafiəçisinin həbsini siyasi motivli hesab edir.

Şəklin mənbəyi, Instagram loreenofficial

Rəsul Cəfərova, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsinin isveçli təmsilçisi və qalibi Loreen dəstək olub və onun azad edilməsinə<link type="page"><caption> çağırışlar edib</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/04/150423_trending_free_rasul" platform="highweb"/></link>.

Şəklin mənbəyi, u2.com

Dünya şöhrətli vokalçı, məşhur rok qrupu “U2”-nin aparıcı ifaçısı Bono 2015-ci ildə iyunun 12-i və 13-də Monrealdakı konsertində Rəsul Cəfərov və digər azərbaycanlı "siyasi məhbusların" şəkilini <link type="page"><caption> səhnədə nümayiş etdirərək</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150615_u2_prisoners_concert" platform="highweb"/></link>, Azərbaycan hakimiyyətindən onların dərhal azad olunmasını istəyib.