Xədicə İsmayıl həbsxanada kitab tərcümə edir

Xədicə İsmayıl

Şəklin mənbəyi, Getty

Öldürmə həddinə çatdırma maddəsi ilə həbs olunan araşdırmaçı-jurnalist Xədicə İsmayılın "əhvalı yaxşıdır" və o, kitab tərcüməsi ilə məşğuldur, vəkil Fariz Namazov deyir.

"Xədicə xanımla çərşənbə günü görüşmüşəm. Vəziyyəti yaxşıdır, hadisələrə ruh yüksəkliyi və optimist yanaşır. Sağlamlığından şikayəti yoxdur".

Vəkilin sözlərinə görə, jurnalist həbsxanada ona qarşı münasibətdən də narazı deyil.

Xədicə İsmayıl dekabrın 5-də jurnalist Tural Mustafayevin şikayəti ilə "özünü öldürmə həddinə çatdırma" maddəsi ilə məhkəməyə qədər həbs olunub. Yanvarın 27-də onun haqqında həbs-qətimkan tədbiri <link type="page"><caption> 1 ay 19 gün artırılıb</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2015/01/150127_khadija_ismayil_prolongation" platform="highweb"/></link>.

Cümə günü Bakı Appelyasiya Məhkəməsi bu qərardan şikayətə baxacaq.

Vəkil Namazov məhkəmənin şikayətə "müsbət" qərar verəcəyinə inamsız yanaşır.

"İndiyə qədər verdiyimiz vəsatətlərin heç biri təmin olunmayıb. Ona görə də bu şikayətdən də heç nə gözləmirik".

Onun sözlərinə görə, bundan əvvəl Facebook sosial şəbəkəsindəki profilində xanım İsmayıl barədə şikayətini geri götürəcəyini deyən cənab Mustafayevin məhkəməyə gətirilməsi istənilib.

"Məhkəmə bu vəsatəti təmin etmişdi, amma heç bir nəticə olmadı".

Bundan başqa, jurnalist barədə iki təhqiqat işi aparılır. Ötən ilin sentyabrında müxalifətçi Elman Türkoğlunun (Həsənov) iddiası ilə ona qarşı böhtan maddəsi ilə cinayət işi açılıb. Digər iş isə Milli Məclisin deputatı Ceyhun Osmanlı tərəfindən Xədicə İsmayılovanın əcnəbilərlə aralarında danışıqlarının əks olunduğu iddia edilən audio yazı ilə bağlıdır, bu iş üzrə jurnalist barəsində casusluq maddəsilə araşdırma aparılır.

Vəkil Namazov deyir ki, hazırda bu işlər barədə heç bir faəliyyət həyata keçirilmədiyindən Baş Prokurorluğa müraciət ediləcək.

Yazdığı araşdırmalarda prezidentin ailəsi və məmurların bizneslə məşğul olması barədə fikirlər keçən Xədicə İsmayıl, beynəlxalq təşkilatların fikrincə, "jurnalist fəaliyyətinə" görə təzyiqlərlə üzləşir.