Azərbaycan: narkotik cinayətlərini "işsiz və təhsilsiz kişilər" törədir

Bir il ərzində Azərbaycanda narkotik vasitələrlə bağlı 3046 cinayət faktı aşkarlanıb və 2408 nəfər həbs edilib, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin ötən ilə dair hesabatında bildirilir.
Cinayət faktlarının təxminən üçdə biri narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz olaraq əldə edilərək saxlanılması olub. Qalan hallarsa, narkotik vasitələrin qanunsuz satışı və qanunsuz olaraq kultivasiya edilməsi olub.
Ümumilikdə təxminən 152 kq müxtəlif növ narkotik vasitələr, marixuana, tiryək, heroin, həşiş və psixotrop maddələr müsadirə edilib.
15 cinayət faktı ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik gətirilməsinə aiddir. 203 faktsa xaş-xaş və çətənə bitkilərinin qanunsuz kultivasiya edilməsinə aid olub.
Ötən il narkotiklərin tranzit daşınması ilə məşğul olan transmilli və mütəşəkkil dəstələr də aşkarlanıb, APA hesabatdan sitat gətirib.
İdarənin məlumatına görə, belə cinayətlərin 85-i qrup halında törədilib, saxlanılanların ümumi sayı isə 2408-dir.
Narkotik cinayətləri törədənlərin ən çoxu 30-yaşdan yuxarı, işləməyən və təhsil almayan kişilərdir.
26 nəfəri xarici ölkə vətəndaşıdır. Onlardan 96 nəfərə inzibati cəza verilib, 57-i həbs, 34-ü cərimə edilib və altı nəfərə xəbərdarlıq olunub.




