Neft layihələrinin büdcəsində niyə dəyişiklik edilir?

Şəklin mənbəyi, AP
"Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin idarə edilməsi üçün yaradılmış, 51 faizi DNF-ə məxsus olan qapalı səhmdar Cəmiyyətinin səhmlərinin maliyyələşdirilməsi üçün xərclər çoxaldılıb, Prezident İlham Əliyevin 10 apreldə imzaladığı fərmanda qeyd olunur.
Əvəzində isə, DNF-in 2014-cü il büdcəsində Azərbaycanın <link type="page"><caption> TANAP</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2012/06/120627_tanap_turkey_azerbaijan.shtml" platform="highweb"/></link> layihəsində iştirak payının maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş xərclər maddəsi ləğv olunub.
Belə ki, Cəmiyyətin dövlət tərəfindən maliyyələşdirilən səhmləri üçün 40 milyon 100 min manat xərc maddəsi əlavə edilib.
Dəyişiklik edilən DNF-in 2014-cü il üçün büdcəsi isə, təxminən 760 min manat azaldılıb.
Enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyir ki, DNF büdcəsində TANAP üçün nəzərdə tutulan 800 milyon manatlıq xərcin ləğvi, boruların alınması kimi dördüncü rübə planlaşdırılan praktiki işlərin 2015-ci ilə keçirilməsi ola bilər.
Çünki Dövlət Neft Şirkəti elan edib ki, TANAP layihəsi çərçivəsində marşrut bəllidir və həmin marşrut boyu alqı-satqı edilməsi, layihələndirmə işləri və digəri görəcək şirkətləri bəlli etmək üçün tender elan edib. Tenderlərin nəticəsi bu yay açıqlana bilər.
"Bunlar vəsait tələb etmir, onda xərcləmələr gərək deyil", cənab Şaban BBC Azərbaycancaya deyib.
25 fevralda imzalanan <link type="page"><caption> "Şahdəniz"</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/06/130628_tap_bp_azerbaijan.shtml" platform="highweb"/></link> qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında fərmanda Fonda bu məsələ ilə bağlı 11 milyondan çox pul ayrılmışdı.
Həmçinin, bu enerji layihələrinin idarəsi üçün ARDNŞ-ə nizamnamə kapitalı 100 milyon dollar olan və 51 faizi dövlətə məxsus olmaqla, 49 faizi Neft Şirkətinə məxsus qapalı səhmdar Cəmiyyəti yaradılıb.




