Firdevs Robinson: "Türkiyədə heç bir şey əvvəlki kimi olmayacaq"

Polislər
    • Müəllif, Firdevs Robinson
    • Vəzifə, Türkiyə məsələləri üzrə təhlilçi, BBC Azərbaycanca üçün

Türkiyədə getdikcə daha çox mürəkkəbləşən misilsiz korrupsiya və rüşvətxorluq işləri bir çox sualları cavabsız qoyur.

Hadisələr ötən Çərşənbə axşamı 3 nazirin oğlu, dövlətə məxsus Halk Bankasının başçısı, bir neçə məmur, iş adamı və İstanbul rayonlarından birində AK partiyadan olan merin saxlanılması ilə başlayib.

Halk Bankasının baş direkoru Süleyman Aslanın evindən 4.5 million dollar nəğd pulun müsadirəsi sürreal görsənməsə onda İrana qızıl qaçaqmalçılığı ilə məşğul olduğu deyilən azəri iş adamının nazirlər oğulları və digər məmurlara rüşvət ödədiyi barədə iddialar yetərli qədər suallar doğurur.

İşlə bağlı 10 ay ərzində 3 istiqamət üzrə aparılan istintaq hökumətdən gizli saxlanılıb.

Nəzərə alınsa ki, daxili işlər nazirinin oğlu şübhəlilərdən biri olub işin sirr saxlanıldığı təəccüb doğurmur.

Lakin baş nazir Erdoğan geniş miqyaslı araşdırmadan niyə bixəbər qalıb?

İllər ərzində medianın susdurulduğu, xəbər və informasiyanın manipulyasiya edildiyi və hakimiyyət bölgüsünə məhəl qoyulmayan bir ölkədə bu qeyri-adi araşdırma olmayıb, hərçənd ki, baş nazir və yüksək rütbəli rəsmilər hadisələrə elə gözlənildiyi kimi reakisya veriblər.

Həbslərin başlanıldığından az keçmiş təhdidlərə boyun əyməyəcəyini deyən hökumət 30-dək yüksək rütbəli polis zabitini işdən azad edib.

Ötən yay Gezi parkı ilə bağlı etirazlar vaxtı olduğu kimi hökumət baş verənlərdə daxili və xaricdəki “qaranlıq qüvvələri” suçlayır.

Qalmaqal ardınca İstanbul birjasında səhmlərin dəyəri 5.2 faiz aşağı düşüb.

Türkiyə biznesinin ən iri TUSIAD təşkilatı polisin cəzalandırılmasının ədliyyə müstəqilliyinin zəiflətməsi kimi qəbul ediləcəyindən narahat olduğunu bildirib. Aparıcı iş adamları qanunçuluğu qorumağa səsləyirlər.

Erdoğan və onun nazirləri hadisələri hərəkətə gətirən şəxsin adını açıqlamağa meyl göstərmirlər. Lakin ictimaiyyət zərbə endirəni dərhal müəyyən edib.

Gülen hərəkatının ədliyyə və polisdə nüfuz sahibi olduğu uzun illərdən bəri məlumdur.

Onların vaxtilə müttəfiq olan Erdoğan hökumətindən narazılığı özünü açıq şəkildə bürüzə verib.

İsrail, Suriya və ABŞ-la əlaqələrin mənfiyə doğru dəyişməsi geniş beynəlxalq iqtisadi əlaqələrə malik gülençi iş adamlarının biznes mənfəətinə toxunub.

Ötən yay Gezi olayları vaxtı Fethullah Gulen Erdoğanın liderliyini ilk dəfə açıq şəkildə tənqid etdi.

Bundan bir neçə ay keçmiş Türkiyədə Gülen cəmiyyətinin malik olduğu tədris şəbəkəsilə bağlı qarşıdurma ortaya çıxdı.

Fethullah Gülen və onun tərəfdarları son həftələr ərzində hakimiyyətdə olanların faş ediləcəyinə eyhamlar vurublar.

İslamçılar arasında siyasi mübarizə elə bir həddə çatıb ki, baş nazir qarşı tərəfi “dövlət daxilində dövlət” yaratmaqda ittiham edir.

Gülen cəmiyyəti ortada olan körpüləri yandırmaqda qərarlı görünür.

ABŞ-da mənzillənmiş Fethullah Gulenin hərəkatı əvvəl də ədliyyə sisteminə müdaxilədə suçlanıb.

Sözsüz ki, son hadisələr korrupsiya əleyhinə şüarlar altında hakimiyyətə gələn AK partiyasının reputasiyası üçün ciddi zərbə oldu.

Və bu dəfə, işin içindən Türkiyənin qlobal güc olmasına maneə törədən qaranlıq güvvələri suçlayaraq çıxmaq imkanzıs kimi görünür.

Ağıllı bir siyasətçi olduğunn şübhə etmədiyim Baş nazir, İslamçı əleyhdarlarını yenədə məğlub etməyə nail olmaqla təəcübləndirə bilər.

Qəti olan bir şey var, bu həftənin hadisələri ardından Türkiyədə heç bir şey əvvəlki kimi davam edə bilməz.