Azərbaycanda Şərq Tərəfdaşlığından əvvəl insan haqları gəlməlidir - HRW

Avropa İttifaqının (Aİ) Şərq Tərəfdaşlığı layihəsinin mərkəzində, təşəbbüsdə iştirak edən ölkələrdəki insan haqları məsələləri olmalıdır, Human Rights Watch (HRW) cümə günü buraxdığı bəyanatında deyib.
"Azərbaycanla Aİ arasında danışıqlar 2013-cü ilin əvvəlində dayanıb", bəyanatda deyilir. "Aİ-nin məyusluğu artıb ki, Azərbaycan hakimiyyəti insan haqları məsələləri üzrə irəliləyişlər etməyib."
HRW təşkilatı deyir ki, Aİ-nin şərq partnyorlarının tarixçələri fərqli olsa da, insan haqları üzrə problemlər "hamısında mövcuddur".
Azərbaycan hakimiyyəti isə əlaqələri ölkənin "geostrateji əhəmiyyəti" üzərində qurmaq istədiyini dəfələrlə deyib.
"Heç də təəccüblü deyil ki, Azərbaycan höküməti insan haqları məsələsini Aİ ilə əlaqələrindən kənar saxlamaq istəyir", HRW Avropa və Mərkəzi Asiya direktoru Hugh Williamson deyib. "Amma Aİ prinsiplərinə sadiq qalmalı olacaq".
Bəyanat Şərq Tərəfdaşlığının əhatə edtiyi ölkələrdə insan haqları vəziyyətinin xülasəsini verir. Onun Azərbaycana aid hissəsində deyilir ki, Azərbaycan hakimiyyətin "artıq pis olan insan haqları tarixçəsi" son illərdə daha da pisləşib.
İnsan haqları təşkilatına görə, hakimiyyət tənqidçilərini həbs etmək üçün narkotik və ya silah saxlamaq, iğtişaş yaratmaq və ya xuliqanlıq kimi "saxta ittihamlardan" istifadə edir. Nümunə kimi Tofiq Yaqublu, İlqar Məmmədov və həbsdə olan yeddi N!DA-çı gətirilir.
"Avropa İttifaqı bir neçə dəfə təkrar edib ki, hər bir ölkənin demokratik islahatlar və orta dəyərlərə öldəlikləri, qurumla əməkdaşlığın çəkisini müəyyən edəcək", HRW deyir.
Şərq Tərəfdaşlığı keçmiş SSRİ ölkələrindən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Belarus və Ukraynaya aiddir.




