Ermənistan: əmək mühacirəti – ailə faciəsi

Moskvaya mövsüm işlərinə getmiş Ermənistanın Gümri şəhərinin sakini Artur Çakmişyan vaxtından tez qayıdıb və 28 yaşlı arvadını bıçaqlayıb.
Bu barədə “Zorakılıq əleyhinə cəmiyyət” ictimai təşkilatının təcili reaksiya qrupunun üzvü Nelli Balayan məlumat verib. O, 10 bıçaq zərbəsinə məruz qalmış gəlinin qayınanası ilə söhbət edib.
İyulun 15-də Moskvadan gözlənilməz arvadı, 5 və yaş yarımlıq uşaqlarının yanına qayıdan Artur Çakmişyan sabahısı gün arvadı Arpineyə 10 bıçaq zərbəsi vurub.
Ehtimallara görə, Çakmişyanın motivi qısqanclıq və həyat yoldaşının Odnoklassniki sosial şəbəkəsində qeydiyyatdan keçməsi olub.
Qısqanclıq
Artur ailəsini dolandırmaq üçün bir il deyil ki, altı aydan bir Moskvaya işləməyə gedir. Bu dəfə onun qayıdışı gözlənilməz olub. Qonşular Çakmişyanların mehriban ailə olduğunu, heç vaxt mübahisə etmədiyini və baş vermiş hadisədən təəccübləndiklərini bildiriblər.
Bəziləri hadisənin qısqanclıq zəminində baş verdiyini ehtimal edir. Lakin oğlunun ailə mübahisəsi zamanı əlini ciddi zədələmiş Arturun anası davanın nə səbəbdən başladığını bilmədiyini söyləyib.
Qadın ictimai təşkilat nümayəndəsi ilə söhbət zamanı gəlini barəsində: “Yaxşı qızdır, ondan bir acı söz belə eşitməmişəm, heç vaxt ərinin üzünə qayıtmayıb, bir sözünü iki eləməyib, küçəyə tək çıxmaz, həmişə bir yerdə olmuşuq”, - deyib.
Uşaqlar ata-anasının davasını görməyib, Arpinenin valideynlərigildə olublar, Nelli Balayan deib.
Arpine Çakmişyan hal hazırda Gümri xəstəxanasındadır. Həkimlər onun çoxlu qan itirdiyini və ağır vəziyyətdə xəstəxanaya çatdırıldığını bildirirlər.
“Artıq onun səhhəti məqbuldur, ayağa durub yeriyir, 3-4 gündən sonra xəstəxanadan çıxar”, - cərrah Hrant Paloyanı Epress.am iqtibas edir.
Xəstəxanada müalicə olunan Arpine ictimai təşkilat nümayəndəsi ilə danışmaq istəməyib: “Mənim deyiləsi sözüm yoxdur. Hər şey yaxşıdır. Bilmirəm, niyə belə oldu”, - deyib.
“Odnoklassniki”
Bəzi qonşuları bıçaqlanan haqqında “fağır qızdır, uşaqlarını gəzdirəndə görmüşük, artıq bir şey gözümüzə dəyməyib” deyir və Arpinenin, ərinin dəfələrlə tələb etdiyinə baxmayaraq, “Odnoklassniki” saytında qeyd olunduğu səbəb ola bildiyini güman edirlər.
Lakin onun əri Arturun qohumları gəlinin sosial şəbəkədə qeydiyyatda olduğunu inkar edirlər, deyirlər: “O, belə şey etməz. Yalnız Skype vasitəsilə əri ilə söhbət edirmiş”.
Şirak vilayəti Polis Şöbəsinin rəisi Albert Yeritsyan mübahisəyə sosial şəbəkə səbəb olduğunu bildirib.
Artur Çakmişyan “Səhhətə qərəzlə ağır zərər vurmaq” maddəsinə əsasən ittiham olunur və 3-7 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Abır-həya, namus
“Zorakılıq əleyhinə cəmiyyət” ictimai təşkilatının təcili reaksiya qrupunun üzvü Nelli Balayan Gümridə ailə zorakılığı hadisəsinin səbəblərini dəqiq müəyyən etməyin asan iş olmadığını bildirir.
“Bura Gümridir. Gümridə namus məsələsinə son dərəcə prinsipiallıqla yanaşırlar. Burda deyərlər: qoy oğlum gedib otursun, amma gəlinim nə isə elədir ya belədir, deməzlər. Gəlinin “Odnoklassniki”də adı olmadığını deyə, onlar öz oğlunun ləyaqətini qoruyur”, - qonşular deyib.
Ölüm ayağından qayıtmış qadının bir söz demək istəməməsi də Gümri camaatına xas olan davranışdır.
“Burda hamı adət-ənənə ilə oturub-durur. Gəlin ağzı bağlı, müti olmalıdır. O nə arvaddır ki, ərinin üzünə qayıtsın? Amma bu kənarda işləmək millətimizi, ailələrimizi məhv edir. İndi birinin əri evdən uzaqda işləməyə gedir, qızdır da, biri dalınca deyir: yaxşı da qadındır, amma başı üstə yiyəsi yoxdur. Əri yanında olmayanda min bir şey ola bilər”, qonşulardan biri deyib.




