Britaniyada ədəbiyyat saytı tanışlıq xidməti açıb

“The Omnivore” adlı ədəbiyyat saytı cütləri onların kitab zövqləri əsasında tanış etməyə çaılışır.
Yazıçı Fleur Macdonald kitab zövqlərinin sevgi üçün nə dərəcədə önəmli olduğunu öz həyat təcrübəsi ilə isbat edib.
O öz sevgilisini antik şair Vergiliusun kitabını oxuyan yerdə tutub və onu atıb.
Başqalarının da onun taleyini yaşamaması üçün “The Omnivore” saytının həmtəsisçilərindən biri olan Macdonald qərara gəlib ki, saytın içərisində, sevgili axtaranları onların kitab zövlərinə görə tanış edən bölüm yaratsın.
Tanışlıq reklamlarının saytda verilməsini istəyənlər bir neçə suala cavab verməlidirlər. Məsələn, oxuduqları ən seksual kitab hansıdır, hansı müəllifə vurulublar və hazırda nə oxuyurlar?
“The Omnivore” saytını 2008-ci ildə Anna Baddeleylə birlikdə yaratmış Macdonald deyir ki, artıq bir cütü tanış edə bilib.
Tanışlıq səhifəsi üçün göndərilən şəkillərdə iddiaçının əlində kitab olmalıdır.
Problem burasındadır ki, Macdonaldın tanışlıq səhifəsinə müraciətlər hələ ki, əsasən ABŞ-dan gəlir.
“Zənnimcə, ingilislər aşırı intellektual görünməkdən bir az utanırlar, - deyir Macdonald, - Amerikalıların belə problemi yoxdur. Onlar nə qədər ağıllı olduqları haqda danışmağı sevirlər”.
“The Omnivore”-nin tanışlıq saytında hələlik 20 namizəd var. Onların da hamısı Londonda yaşayır və demək olar ki, hamısı media sahəsində çalışır.
Odur ki, bu sayta baş vurmazdan əvvəl nəzərə alın ki, ilk görüşdən sonra hansısa bloqun, lap elə yeni bir romanının qəhrəmanı ola bilərsiniz.




