Milli Məclis aksiya qaydalarını pozan təşkilatçı və iştirakçılar üçün cərimələri artırıb

Yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri və piketlərin təşkili, keçirilməsi və iştirak qaydalarının pozulmasına görə, inzibati cəzalar artırılıb.
Dəyişikliyə əsasən, təşkilatçılara fiziki, vəzifəli və hüquqi şəxs olmaqları nəzərə alınmaqla cəza veriləcək.
Fiziki şəxslərə 1500- 3000 cərimə, işin hallarından asılı olaraq xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla 200- 240 saatadək ictimai iş və ya iki aylıq həbs, vəfizəli şəxslərə 3000- 6000, hüquqi şəxslərə isə 15- 30 min manatadək cərimə nəzərdə tutulub.
“Qanunsuz” toplantılarda iştirak edənlər isə 300- 600 manat cərimə edilə, 160- 200 saat ictimai iş və ya iki aylıq həbs edilə bilər.
Buna qədər inzibatı həbs cəzasının maksimum müddəti 15 gün idi.
Dəyişikliklər Milli Məclisin çərşənbə günü keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsinə edilən yeniliklər nəticəsində mümkün olub.
İclasda həmçinin inzibati həbsin maksimum müddəti də altı dəfə çoxaldılıb.
Öncədən 15 gün olan bu müddət hazırda üç aya çatdırılıb.
Bura döymə və digər zoraki hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək, xırda talama- oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq da aiddir.
Ötən ilin sonunda Parlament "icazəsiz" aksiyaları təşkil etmə və iştiraka görə cərimələri artıran <link type="page"><caption> "Sərbəst toplaşma azadlığı haqqında" Qanun</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/01/130111_soldier_death_saturday_rally.shtml" platform="highweb"/></link>a dəyişiklik edib.




