Azərbaycanda hicab qadağasına etiraz edənlərin bir qrupuna hökm oxundu

Bakıda polisə müqavimət və ictimai asayişi pozmaqda ittiham olunan 8 nəfər haqqında məhkəmə bazar ertəsi hökm çıxarıb.
Onlar 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyi qarşısında məktəblərdə hicabın qadağan edilməsinin ləğvi tələbilə keçirilən etiraz aksiyası zamanı həbs olunmuşdular.
Məhkəmənin qərarı ilə 8 fəal 5 ildən 6 ilədək müxtəlif müddətlərə azadlıqdan məhrum olunma cəzasına məhkum ediliblər.
Məhkumlara məhkəmə tərəfindən həbs cəzası “asayişi pozduqlarına, polisə müqavimət göstərdiklərinə və zorakı hərəkətlərə" görə kəsilib.
Cəza almış 8 nəfər ötən ilin oktyabr ayında Bakıda polislə toqquşma zamanı saxlanılmış 40 etirazçının arasında olublar.
Azərbaycanda musəlman hicabları məktəbli forması qaydalarına uyğun qadağan olunub.
Azərbaycanda rəsmilər radikal islamın güclənməsinin qarşısını almaq niyyətindədirlər.
Sovet erasından sonra Azərbaycan müsəlman aləminin ən dünyəvi dövlətlərindən biri sayılır, Qərbin mühüm enerji təchizatçısı və Əfqanıstanda NATO müttəfiqi kimi fəaliyyətilə tanınır.




