1913: Hitler, Trotski, Tito, Freyd və Stalinin eyni ərazidə yaşadıqları il

Bir əsr bundan əvvəl, Vyananın bir hissəsi Adolf Hitler, Lev Trotski, İyosif Tito, Ziqmund Freyd və İyosif Stalinin yaşadıqları yer olub.

1913-cü ilin yanvar ayında pasportu Stavros Papadopoulos adına olan kişi Vyananın Şimal Terminalı platformasına çatmış Krakov qatarından düşdü.

Qaraşın bu kişinin qalın kəndçi sayağı bığı və əlində ucuz bir taxta çamadanı var idi.

Üstündən illər ötdükdən sonra onunla görüşü gözləyən kişi yazırdı: "Oturmuşdum masa arxasında, qapı açıldı və içəriyə tanımadığım bir şəxs daxil oldu."

Stalin, Freyd, Hitler
Şəklin alt yazısı, Stalin, Freyd, Hitler

"Alçaqboy… arıq… gündən qaralmış dərisi çopur-çopur idi… Gözlərində mehribanlıq görmədim”.

Bu sətirin müəllifi Rusiyalı intellektual dissident, Pravda qəzetinin redaktoru Lev Trotskidir.

Papadopoulos adlı şəxsin əsl adı isə İyosif Vissationoviç Cuqaşvili – İyosif Stalin idi. Dosları onu Koba adı ilə çağırırdı.

1913-cü ildə Vyananın mərkəzində yaşamış və 20-ci əsrdə baş vermiş tarixi hadisələrin axarına həlledici təsir göstərmiş insanların siyahısı təkcə Trotski və Stalinlə bitmir.

Stalin və Trotski o dövrdə gizlənirdilər.

Ziqmund Freyd o vaxtlar artıq tanınmış adam idi.

Pərəstişkarları arasında insan psixologiyasının bilicisi kimi tanıdılan təhlili psixologiya alimi şəhərin Berqqasse deyilən ərazisində yaşayıb və çalışıb.

Yuqoslaviya rəhbəri marşal Titoya çevriləcək gənc İyosip Broz o dövrdə Daimler avtomobil zavodunda işləyirdi. Həmin zavod Vyanadan cənubdakı Wiener Neustadt məntəqəsində yerləşirdi.

Landtmann kafesi
Şəklin alt yazısı, Landtmann kafesi

Həmin dövrdə Dunay çayına yaxın Meldermannstrasse küçəsindəki yataqxanada 24 yaşlı Adolf Hitler də qalırdı. Avstriyanın şimal qərb hissəsindən çıxmış Adolf Vyana İncəsənət Akademiyasına iki dəfə daxil olmağa çalışmışdı, lakin səyləri uğursuz olmuşdu.

Frederic Morton özünün "Axşam çağında ildırım" adlı xatirə kitabında Hitleri dostları qarşısında çıxış etdiyini təsvir edərək, həmin çıxışların "mənəviyyat, irqçilik, Almaniyanın öhdəliyi, slavyanların xəyanəti, yahudilər, iyezuitlər və masonlar" mövzusunda edildiyini yazıb.

Şəhərin Hofburg sarayında isə həmin dövrdə yaşlı imperator Frans İyosif qalırdı. O, taxt-taca böyük inqilablar dövründən, 1848 ildən gəlmişdir.

Onun xələfi olmalı ers-hersoq Frans Ferdinand yaxınlıqdakı Belvedere sarayında qalırdı, taxt-taca gələcəyi vaxtı səbirsizliklə gözləyirdi.

1 ildən sonra ona qarşı qətli ilə nəticələnmiş suiqəsd Birinci Dünya Müharibəsinin alovlanmasına gətirib çıxardı.

1913-cü ildə Vyana 15 ölkəni əhatə edən və 50 milyonluq əhalisi olan Avstro-Venqriya İmperiyasının paytaxtı idi.

İmperiyanın bir çox ərazilərində alman dililə yanaşı çex dilindən də istifadə olunurdu.

İmperiya tərkibinə daxil olan ölkələr 12 dildə danışırdı.

Kafe Central
Şəklin alt yazısı, Kafe Central

Avstro-Venqriya Ordusunun zabitləri alman dililə yanaşı daha 11 dildə əmr verməyi bacarmalıydılar.

Bu unikal şərait unikal mədəni ənənə olan Vyana kafeləri fenomeninin yaranmasına da səbəb oldu.

Kafe mədəniyyəti və orada diskussiya və debatlar aparmaq ənənəsi Vyana həyat tərzinin ayrılmaz hissəsini təşkil edir.

Bu imperiayda mərkəzi hakimiyyətin o qədər də güclü olmaması, axtarışda olan, gizlənən siyasi dissidentlər üçün əlverişli idi. Avropada gizlənib çoxlu sayda maraqlı insanlarla görüşməyi qarşısında məqsəd qoyanlar üçün Vyana ideal məkana çevrilmişdi.

Freydin sevimli yeri Landtmann kafesi idi. Bu kafe indiyədək Vyananın mərkəzi bulvarında durmaqdadır.

Trotski və Hitler Central kafesinə tez-tez baş çəkirdilər. Bu kafedə qızğın debatlar baş verirdi.

Bir ildən sonra başlamış Dünya Müharibəsi Vyananın intellektual həyatını pozdu.

1918 ildə İmperiya dağıldı. Hitler, Stalin, Trotski və Titonun böyük siyasətə daxil oldular, və nəticədə dünya tarixinə əbədi olaraq onların adı həkk olundu.