Zəlzələ şahidi: "evimiz titrəyirdi"

İranda çərşənbə günü səhəri Buşəhr şəhəri yaxınlığında 5.6 bal gücündə yeni zəlzələ baş verib, lakin dağıntı və zərərçəkmişlər barədə məlumat verilmir.

Eyni vilayətdə aprelin 9-da da <link type="page"><caption> zəlzələ olub</caption><url href="http://www.bbc.co.uk/azeri/azerbaijan/2013/04/130409_iran_quake.shtml" platform="highweb"/></link>, nəticədə ən azı 37 nəfər həyatını itirib, 850 nəfərsə yaralanıb.

Bu barədə iran mediasına vilayətin meri Fereydun Həssənvənd məlumat verib.

O deyib ki, yaralıların 750-i ilk yardım alıb.

"Evlərin çoxu palçıqdan tikilib, buna görə asanlıqla dağılıb. 700-ə yaxın ev dağılıb", Həssənvənd deyib.

Yalnız adının verilməsini istəyən sakin, Nikoo deyib ki, onlar zəlzələdən narahat olsalar da, zərərçəkmiş deyillər.

"Zəlzələni aydın hiss etdik, pəncərələr əsirdi".

Nüvə stansiyası "zərər çəkməyib"

Reuters agentliyi Qırmızı Xaç rəsmilərinə istinadən yazıb ki, çərşənbə axşamı baş verən 6.3 bal gücündə zəlzələ bir kəndə tam dağıdıb, amma yaxınlıqda olan Buşəhr nüvə stansiyası ziyan çəkməyib.

Bu sözləri QX-a iran rəsmiləri və stansiyanı tikən rus şirkəti deyib.

"İşçilər normal rejimdə işlərini davam etdirir və radiasiya səviyyəsi normaldır", Atomstroyexport şirkətinin rəsmisi qeyd edib.

İran həmçinin BMT Beynəlxalq Atom Enerji Agentliyini "Buşəhr Nüvə Elektrik Stansiyasının heç bir zərər çəkməməsi və radiaktiv şüalanma olmadığını" deyib.

Zərərçəkmiş zonanı İranın xarici işlər naziri də ziyarət edib.

Həssənvənd deyib ki, İran prezidenti Mahmud Əhmədinejad xilasetmə və yardım işlərinə şəxsən özü nəzarət edir.

İranın ali dini lideri Xameneyi də həyatını itirənlərlə bağlı baş-sağlığı verib.

“Ali dini liderin bu vilayətdəki nümayəndəsindən, vilayət və mərkəzi aidiyyatı rəsmilərindən istəyirəm ki, xəsarət alanları xilas etmək və onlara dəstək olmaq üçün əllərindən gələni əsirgəməsinlər”.