İranda zəlzələ nəticəsində 30 adam ölüb

Buşəhr
Şəklin alt yazısı, Zəlzələnin Buşəhr nüvə stansiyası yaxınlığında baş verməsi narahatlığa səbəb olub.

İranda baş vermiş güclü zəlzələ nəticəsində 30 adam ölüb, 800 nəfər xəsarət alıb.

6.3 bal gücündə zəlzələnin episentri Buşəhr nüvə stansiyasından 89 kilometr aralıqda yerləşib, ABŞ Geoloji Araşdırmalar Mərkəzi bildirir.

Tehran Universitetinin Seysmologiya qurumu yeraltı təkanların Buşəhrdən cənubda yerləşən Kaki kəndi yaxınlığında baş verdiyini təsdiqləyib.

İran rəsmiləri stansiyaya zərər dəymədiyini bildiriblər.

Sosial şəbəkələrdəki məlumatlarda təkanların Dubay və Abu Dabidə hiss olunduğu bildirilir.

Lakin zəlzələnin Buşəhr nüvə stansiyası yaxınlığında baş verməsi narahatlığa səbəb olub.

İran nüvə silahı əldə etmək niyyətində suçlanır.

Tehran bu kimi ittihamları rədd edərək, yalnız sülh təyinatlı proqrama malik olduğunu bildirir.