Əkrəm Əylisli: "30-cu illərin ruhunda xalqdan xəbərlər gedir"

Əkrəm Əylisli

Şəklin mənbəyi, Turan

Əkrəm Əylisli “Xalq yazıçısı” adından və prezidentin fərdi təqaüdündən məhrum edilməsinin "gözlənilməz" olduğunu deyib.

BBC Azərbaycancaya müsahibəsində "Daş yuxular" romanının müəllifi məsələnin "siyasiləşdirildiyini" qeyd edərək ona qarşı edilənlərin "30-cu illərin ruhuna uyğun" olduğunu söyləyib.

- Demək istərdim ki, mən belə bir fərmanın çıxacağını yuxumda da görə bilməzdim. Mən buna inanmırdım. Amma oldu. Buna əvvəldən zəmin hazırlanırdı, guya xalq tələb edir. 30-cu illərin ruhunda xalqdan xəbərlər gedir ki, əgər Əkrəm Əylisli bu adlardan məhrum edilməsə, Azərbaycan xalqı xoş günə çıxa bilməyəcək. Yəni bu məlum şeydi, buna nə cavab.

- Bəli mən xahiş etmişəm ki, əsəri oxusunlar (onların axı mədəniyyət şöbələri də var). Yəni oxuyanlar bunun hamısının siyasətə aidiyyəti olmadığını görəcəklər. Oxuyanlar bunun süni şəkildə siyasiləşdirilmiş bir fakt olduğunu qəbul edəcəklər. Və bu yerdə onların da fikri ola bilər. Yəni mən demirəm ki, mənim bədii əsərimə qiymət verin. Mən deyirəm ki, siz də tanış olun, görün mənim üstümə necə hücumlar keçir.

-İctimai Palatanın öz fikri ola bilər. İctimai Palatada oturanlar bilirlər ki, Əkrəm Əylisli xalqı aşağılayan deyil. Onlar bilirlər ki, bu bir siyasətidir. Azad sözün ağzını yummaq üçün atılan addımdır. Orada oturanların əksəriyyəti bilir ki, insanın söz azadlığı var. Ola bilsin ki, bu kiminsə tarixi baxışı ilə üst-üstə düşməyə bilər. Ancaq onlar, o adamları mən tanıyıramsa, yaxşı bilir ki, Əkrəm Əylisli xalqına xəyanət etməz.

-Mənə elə gəlir ki, onlar bunu çox səhv deyirlər. Məsələ burasındadır ki, bizim siyasətimiz nə tələb edir? Siyasətimiz bu münaqişənin kökünü kəsmək əvəzinə xalqları ədavətə çağırır, sanki qızışdırır. Mən bunu görmüşəm və bizim siyasətin zəif yeri hesab edirəm. Mənə elə gəlir ki, sülh arzusunda olan adamlar bu şəkildə siyasət aparmamalıdır.

-Bilirəm. Mən çox gülməli gəlir bu. Belə olsa tarixdə çox yer tutan, hamıya məlum olan xəstə şüuru müzakirə edərdi və orada hansı faktın doğru, hansı faktın yalan olduğunu müəyyən edə idi. Bunlar hamısı bədii ədəbiyyata münasibətin nadan səviyyədə olduğunu göstərir.

-Mən bunu dönə-dönə demişəm. Mən bu əsəri 2007-ci ildə yazmışam amma çap etmək fikrində deyildim. İstəyirdim ki, işləyəm üzərində, dəqiqləşdirəm. Bilirdim ki, çətin mövzudur. Sonra Drujba Narodov jurnalı köhnə müəllif kimi mənə müraciət etdi ki, əsər ver. Məndə fikirləşdim ki, bu əsəri rusçaya çevirib verim onlara. Rusçaya çevirəndə elə çıxdı ki, tərcüməni özüm etməli oldum. İyun ayında verdim onlara və son nömrədə çap elədilər.