BBC

BBC navigation

İsmayıllıya dəstək aksiyasında saxlanılanlar var

Aksiya

İsmayıllı hadisələri ilə bağlı «Silahı üstümüzdən çəkin» şüarı altında Sahil bağındakı aksiyaya qatılanlar arasında saxlanılanlar var.

"Həbs edildim", Twitter hesabında Emin Milli yazıb. Jurnalist Xədicə İsmaylova və Bəxtiyar Haciyev sosial şəbəkələrdə polis idarəsinə aparıldığını bildiriblər.

Müsavat partiyası onlarla aksiya iştirakçısının saxlanıdlığını bildirib.

Daxili İşlər Nazirliyi bu rəqəmlərə münasibət bildirməyib.

Hadisə yerində olan jurnalist Pərvanə Bayramova Sahil bağından güc zoru ilə kənarlaşdırılan etirazçılar qruplarının Bulvar tərəfinə keçdiyini bildirib.

Jurnalist yerli vaxtla 16:30-da Sahil bağındakı aksiyanın səngidiyini deyib.

"Ətrafımda polis və jurnalistlər qrupu qalıb".

Aksiya qatılanlar “Biz İsmayıllı sakinlərini dəstəkləyirik!”, “İstefa!”, “Azadlıq!” şüarlarını səsləndiriblər.

Polis və mülki qeyimlilər fəallar qruplarını dağıtmağa çalışır, Pərvanə Bayramova deyib.

Aksiya iştirakçılarının sayı barədə dəqiq məlumat verilmir.

Lakin tədbir keçirmək çağırışını sosial şəbəkələrdə 4 mindən artıq adam dəstəkləyib.

Aksiyadan əvvəl Fəvvarələr meydanı və ətraf küçələrə polis qüvvələrinin gətirildiyi üçün təşkilatçılar Sahil bağına toplaşmaq qərarını veriblər.

İsmayıllıdakı etirazlara həmrəyliyini bildirən gənc fəalların çağırışı sosial şəbəkələr vasitəilə yayılıb.

Tədbirdən öncə Daxili İşlər Nazirliyinin nümayəndəsi Ehsan Zahidov aksiyanın qarşısının alınacağını deyib.

Çərşənbə günü İsmayıllıda yaranmış qarşıdurmadan sonra icra başçısının istefasını tələb edən etirazçılar otelə od vuraraq bir neçə avtomobili yandırıblar.

Hakimiyyət İsmayıllıda baş verənləri bir qrup gəncin mövqeyi kimi səciyyələndirib.

Mövzular

BBC © 2014BBC kənar saytların məzmunu üçün məsuliyyət daşımır.

Bu səhifə veb-brauzerlərin kaskadlaşan üslub cədvəlləri (CSS) sistemi ilə dəstəklənmiş son versiyaları vasitəsilə daha yaxşı baxılır. Brauzerinizin mövcud versiyası sizə səhifənin əsas məzmununu göstərə bilər, lakin bəzi elementlər görünməz qalacaq. Səhifəyə baxışı tənzimləmək üçün brauzerinizin yeni versiyasını yükləməlisiniz, əks halda CSS dəstəyindən istifadə etmək lazımdır.

]]>