
Azərbaycan və İran arasındakı viza rejiminin asanlaşdırılması barədə iki ölkənin rəsmiləri arasında danışıqlar keçirilib.
Iran İslam Respublikasının Xəbər Agentliyi (IRNA) xəbər verir ki, cümə axşamı İranın Azərbaycandakı səfiri Möhsin Pakayin və Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev arasında keçirilən görüşdə bu məsələ müzakirə olunub.
Məlumata görə Möhsin Pakayin İranın Azərbaycan viza sistemini asanlaşdırdığı kimi Azərbaycanın İran vətəndaşları üçün viza verilməsinin asanlaşdırılmasına çağırış edib.
Firudin Nəbiyev isə iki ölkə arasındakı əlaqələri "müsbət" adlandıraraq bu təklifi müsbət qarşılayıb.

















