
Araşdırmaçılar iddia edir ki, İsa peyğəmbər onlara dedi, 'mənim arvadım' sözlərinin yazıldığı papirus tapılıb.
Xristian tarixçisinə görə, papirus qırıntısında yazılmış, İsa Peyğəmbərin arvadı olduğuna açıq istinad edən qədim yazı aşkar edilib.
Harvard universitetinin ilahiyyat professoru Karen King 4-cü əsrdən qalan Koptik yazını Romada, konfransda təqdim edib.
O deyib ki, tədqiqatçılar yazının içində İsa peyğəmbər onlara dedi, 'mənim arvadım' sözlərini aşkar edib və bu, Mariya Maqdalenə istinad ola bilər.
Xristian ənənəsinə görə İsa peyğəmbər evlənməyib – lakin K. King deyib ki, xristianlığın ilk illərində bu sual altında idi.
O əlavə edib ki, bu provokativ tapıntı nikahsızlıq və qadınların xristianlıqda rolu haqqında müzakirələr yarada bilər.
Lakin bəzi ilahiyyatçılar bu məlumatı inamsızlıqla qarşılayıb.
Tennessee ştatında işləyən professor və protestant keşişi Jim West bunu deyib: Papirus qırıntısında yazılan balaca yazı heç nəyi təsdiq etmir. Bu sadəcə kontekstsiz bir ifadədir.
Həmin konfransda iştirak edən tanınmış Koptik linqvist Wolf-Peter Funk deyib ki, ağılsız yazılarla dolu minlərlə papirus qırıntıları var və bu qırıntıya aid olan bir çox sual hələ də cavabsız qalıb.
Layiqli davamçı
K. King deyib ki, Misir Koptik dilində yazılan sənəd İsa Peyğəmbərin arvadının olmasına istinad edən birinci yazıdır.
O deyib ki, 4-cü əsrdə yazılan bu yazı yəqin ki, 2-ci əsrdə yunan dilində yazılmış İncildən köçürülüb.
O həmçinin deyib ki, ilk olaraq o, sarı-palıdı yazıya şübhə ilə və saxta sənəd kimi yanaşırdı, lakin tezliklə öz fikrini dəyişdi.
Tarixçiyə əsasən, müxtəlif ekspertlər onunla razılaşıb, lakin qırıntı və xüsusilə mürəkkəbin kimyəvi tərkibi haqqında qəti qərar onun müxbirlər tərəfindən analiz və ekspertizadan keçirilməsindən sonra verilə bilər.
K. King deyib ki, bu yazı İsa Peyğəmbərin nikah vəziyyəti haqqında sübut deyil. Tarixi baxımdan bu, bizim üçün İsa Peyğəmbərin arvadı olduğunu sübut etmir, o deyib. Bu onu sübut edir ki, 2-ci əsrin ikinci yarısında bəzi xristianlar İsa Peyğəmbərin arvadı olduğunu düşünüb.
K. King əlavə edib ki bu, erkən xristianların ailə məsələlərinə necə yanaşdığını göstərir.
Xristianlar evlənməməyin daha düzgün olması haqqında ilk günlərdən razılaşmayıb, lakin İsa peyğəmbərin ölümündən bir əsrdən çox keçəndən sonra onlar öz baxışlarını müdafiə etmək üçün İsa peyğəmbərin nikah vəziyyətinə müraciət edib.
Kentucky ştatında professor olan Bibliya alimi Ben Witherington III deyib ki, arvad sözü bu halda sadəcə qadın cinsindən olan ev köməkçisi və ya davamçıya istinad edə bilər.
Şəxsi sahib
K. King-ın tədqiqat müxbirlərinə əsasən, yazıda həmçinin İsa Peyğəmbərin Mariya Magdalenin onun davamçısı olmağa layiq olduğunu deyir.
Bu, İsa Peyğəmbərin qadın cinsindən olan davamçılarının olmadığı haqqında inamı sual altına qoyub.
K. King bu sənədi Romanın La Sapienza Universitetində və Augustiniuanum institutunda keçirilən altı günlük konfransda təqdim edib.
Rəngi qaçan papirus parçası vizit kartından çox böyük deyil. Bir tərəfində qara mürəkkəblə böyüdücü şüşə ilə oxunaqlı səkkiz sətir yazılıb.
K. King deyib ki, parçanın sahibi onu almağa çalışan adamlar tərəfindən təqib edilmək istəmədiyinə görə adını demək istəməyib.
Kingin sözlərinə görə, yazını təhlil və tərcümə etmək üçün parçanın sahibi onunla əlaqə saxlayıb.

















