Ermənistanda son 5 ildə 7200 qadın selektiv abort edib.

Ermənistanda son 5 ildə 7200 qadın selektiv abort edib.

Ermənistanda son beş il ərzində 7200 qadın selektiv (seçmə) abort edib.

Bu məlumatı jurnalistlərə BMT Əhali Fondu Ermənistan Ofisinin (UNFPA) direktoru Qarik Hayrapetyan verib.

O, Fondun keçirdiyi təhqiqatlara əsaslanaraq, son beş il ərzində 900 min qadınların 0,8 faizinin selektiv abort etdiyini bildirib.

Təhqiqat müəllifləri bir çox ailələrdə oğlan uşağı doğulmasına üstünlük verildiyinə görə, ölkədə demoqrafik vəziyyətin normadan 10 faiz kənara çıxdığını qeyd edirlər.

“Deməliyəm ki, bu, bölgədə ilk belə təhqiqatdır, və biz selektiv abortların sosial-iqtisadi və şüuri səbəblərini müəyyən etmək üçün 2012-ci ildə də onu davam etdirmək niyyətindəyik”, - deyib BMT Əhali Fondu Ermənistan Ofisinin (UNFPA) direktoru Qarik Hayrapetyan.

O, 10-20 ildən sonra Ermənistanın qadınların çatışmaması ilə üzləşə biləcəyini bildirib. Çünki seçmə abortlar nəticəsində hal hazırda doğum sayının nisbəti 110-120 oğlan uşağı müqabilində 100 qız uşağı doğulur. Normal nisbət isə 102-106 oğlan və 100 qız təşkil edir.

Eyni zamanda Perinatologiya, Mamalıq və Ginekologiya İnstitutunun direktoru, Ermənistan baş mama-ginekoloqu Razmik Abrahamyanqeyd edib ki, uşağın cinsi müəyyən edildikdən sonra, nəticədən asılı olmayaraq, 95 faiz hallarda hamiləliyin qarşısı alınmır.

Abrahamyanın sözlərinə görə, Ermənistanda doğum sayının 90-cı illərə nisbətən azalması Avropa mədəniyyətinin erməni cəmiyyətinə təsirinin nəticəsidir və bir sıra sosial-iqtisadi problemlərlə bağlıdır.

“90-cı illərdə hər bir ailənin payına 2,6 uşaq düşürdüsə, son illərin statistikasına əsasən, bu göstərici 1,5-ə çatıb. Mən hesab edirəm ki, bu, erməni cəmiyyəti şüurunun daha avropala.ması və çoxsaylı sosial problemlərlə bağlıdır”, - deyir Abrahamyan.

Avropa Şurası Parlanemt Assambleyasının bu ilin oktyabr ayında qəbul etdiyi qətnamədə Albaniya, Azərbaycan, Ermənistan və Gürcüstan kimi ölkələrdə cinsin perinatal seçiminin səviyyəsi “həyacan doğuran miqyasa” çatdığı qeyd olunur.