"Şəhidin qardaşından üzr istəyirəm" kampaniyası necə başladı?

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, Youtube-da izləyin.

Azərbaycanla Ermənistan arasındakı son döyüşlərdə həlak olmuş Səbuhi Əhmədovun komando bölüyünə düşmək üçün rüşvət verməsi iddiası sosial mediada böyük müzakirələrə səbəb olub.

Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun iddiasına görə Türkiyə Silahlı Qüvvələri modelinə uyğun yaradılmış yeni dağ komandosu birləşməsinə qoşulmaq üçün qardaşından 6000 manat rüşvət istəyiblər və o da bankdan kredit götürərək ödəyib.

Azərbaycan Müdafiə Nazirliyi həlak olmuş hərbçinin qardaşı ilə görüş təşkil edib və bu iddianı araşdıracağını bildirib.

Daha sonra yayılmış videoda isə Sənan Əhmədov olduğu bildirilən şəxs əvvəlki iddiasının yanlış olduğunu deyib.

Bu videodan sonra sosail mediada geniş müzakirələr başlayıb və "şəhidin qardaşından üzr istəyirəm" kampaniyası həyata keçirilib.

Müdafiə Nazirliyindən BBC News Azərbaycancaya verilən məlumata görə, "Sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur".

Baş Prokurorluq bildirib ki, şəhid Səbuhi Əhmədovun qardaşının birinci və ikinci videosu araşdırılır.

Sənan Əhmədov valideynlərini erkən itirdiklərini və qardaşı ilə kimsəsizlər evində böyüdüyünü bildirib.

S. Əhmədov