Azərbaycan vətəndaşlığından çıxmaq istəyən Bəxtiyar Hacıyev: "Həyatımdan narahatam"
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmasa, YouTube-da izləyin.
İctimai fəal Bəxtiyar Hacıyev bir qrup şəxs tərəfindən izləndiyini, hücuma məruz qaldığını və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə aparıldığını bildirib.
Onun bu iddialarına Daxili İşlər Nazirliyindən cavab almaq mümkün olmayıb.
O, BBC News Azərbaycancaya müsahibəsində hücum zamanı bədənində bir neçə yerdən xəsarət aldığını deyir.
Bəxtiyar Hacıyev avqustun 22-də Facebookda canlı yayıma başlayıb, bir neçə saniyə sonra canlı yayım kəsilib.
Bəxtityar Hacıyev idarədə ona polis haqqında və Daxili İşlər Naziri Vilayət Eyvazov haqqında tənqid yazmamaqla bağlı xəbərdar olunduğunu bildirib.
BBC dəfələrlə cəhd etməsinə baxmayaraq, Daxili İşlər Nazirliyindən Bəxtiyar Hacıyevin iddialarına cavab ala bilməyib.
Bəxtiyar Hacıyev daha sonra sosial mediada yazdığı tənqidi postların silməyə məcbur edildiyini bildirib.
Bu hadisədən sonra Bəxtiyar Hacıyev Azərbaycan vətəndaşlığından çıxmaqla bağlı Azərbaycan prezidentinə müraciət edib.






