İranla Azərbaycan arasında gərginlik artır – Bakı sakinləri nə düşünürlər?
Video açılmırsa YouTube-dan izləyin.
Son günlərdə Azərbaycan və İran arasında münasibətlər gərginləşib. Əvvəlcə səlahiyyəti olmayan şəxslər arasında olan söz savaşına sonradan rəsmi Tehran və Bakı da qoşulub.
BBC News Azərbaycanca Bakı sakinlərindən Azərbaycan-İran arasında baş verənlər barədə fikirlərini soruşub.
İran rəsmiləri Azərbaycanı İsrailə öz ərazisində meydan verməkdə, "terrorçular saxlamaqda", regionda sərhədləri dəyişməkdə qınayıb.
Azərbaycan tərəfi İrandan səslənən ittihamları rədd edib və iddialara əsaslı dəlil tələb edib.
İran və Azərbaycan arasında münasibətlər Azərbaycanın Ermənistandakı Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində iranlı sürücülərdən gömrük rüsumu almasından sonra kəskinləşib.
Buna kimi Azərbaycan rəsmi və qeyri-rəsmi kanallarla İrandan Dağlıq Qarabağa yük daşınmasını dayandırmasını tələb edib, amma rəsmi Bakı deyir ki, bunun nəticəsi olmadığı üçün Gorus-Qafan yolunun öz ərazisindən keçən hissəsində nəzarətini bərpa etməli olub.
Həmçinin bax:










