Laçında Azərbaycan-Türkiyə hərbi təlimi keçirilir - video

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Laçın rayonunda Azərbaycanla Türkiyə hərbçilərinin birgə hərbi təlimləri davam edir. Təlimlər ölkələr arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən keçirilir. Təlimlərdə xüsusi təyinatlı qruplarla mürəkkəb relyefli ərazilərdə kəşfiyyatın aparılması tapşırıqları icra olunub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Xüsusi təyinatlılar əlaqə yollarında pusquların qurulması, ərazidə təxribat qruplarının aşkarlanması və məhv edilməsi, o cümlədən müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma ilə bağlı tapşırıqları həyata keçiriblər.

Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Vahan Hunanyan bldirib ki, Laçın dəhlizi həndəvərində Azərbaycan -Türkiyə birgə hərbi təliminin keçirilməsi gərginliyin azaldılması cəhdlərinə mane olur.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva isə cavabında deyib ki, beynəlxalq sərhədləri çərçivəsində müxtəlif təlimlər keçmək hər bir dövlətin suveren hüququdur

Laçın şəhəri hazırda 5 km eni olan Laçın dəhlizinə daxildir.

10 noyabr 2020 il tarixli Üçtərəfli razılaşmanın şərtlərinə uyğun olaraq, Laçın dəhlizinə və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin qalan ərazlərinə Rusiya sülhməramlı qüvvələri nəzarət edir.

Rusiya ötən müddət ərzində özünün məsuliyyət zonasına daxil olan ərazilərdə dronlar əleyhinə taktiki təlim, səyyar minomyotlarla "şərti düşmənə qarşı" döyüş taktikası təlimi də daxil olmaqla, vaxtaşırı olaraq həbri manevrlər keçirib.

Sentyabrın 6-da başlamış təlimlər sentyabrın 10-u başa çatacaq.

əsgər, təlim, türkiyə-azərbaycan, laçın

Şəklin mənbəyi, Azərbaycan Müdafiə Nazirliyi