Türkiyə müdafiə naziri İlham Əliyevlə nədən danışıb? Nikol Paşinyan Qarabağla bağlı BBC-yə nə deyib? Azərbaycanda məhkumlarla görüşə icazə verilib

bu gün Azərbaycan Türkiyə İsrail Fələstin Hulusi Akar İlham Əliyev müdafiə sektoru Netanyahu Paşinyan Pashinyan Nikol Paşinyan Qarabağ

Şəklin mənbəyi, President.az

Türkiyə müdafiə naziri İlham Əliyevlə nədən danışıb? Nikol Paşinyan Qarabağla bağlı BBC-yə nə deyib? Azərbaycanda məhkumlarla görüşə icazə verilib? İsraillə BƏƏ münasibətləri normallaşdırmaq üçün razılığa gəlib - bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbər icmalında

Hulusi Akar: "Azərbaycan tək deyil!"

"Azərbaycan tək deyil. Bunu hər kəs bilsin!" - bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O, bildirib ki, "biz - 83 milyonluq əhalisi olan Türkiyə qardaşlarımızın yanındayıq" - Anadolu Agentliyi yazır.

Azərbaycan Prezidenti İlham Əliyev cümə axşamı günü Türkiyənin milli müdafiə naziri Hulusi Akarı qəbul edib.

Türkiyə Azərbaycan hərbi təlimlərinin son epizodunu izləmək üçün Azərbaycana gələn Hulusi Akar Prezidentlə görüşdə vurğulayıb ki, Türkiyə "ədalətli mübarizəsində Azərbaycana işğal olunmuş torpaqlarının azad edilməsində dəstək verməyə davam edəcək".

Türkiyəli nazir "Türkiyə-Azərbaycan hərbi təlimlərinin iki ölkə arasındakı birlik və qardaşlıq münasibətlərini əks etdirdiyini" bildirib.

Görüşdə Prezident İlham Əliyev bildirib ki, "bu cür təlimlər adi hala gəldiyindən bəzi ölkələrin narahat olmasına səbəb yoxdur, çünki bu, Türkiyə-Azərbaycan birliyinin və qardaşlığının başqa bir təzahürüdür".

Hulusi Akar öz növbəsində hər il həm Türkiyədə, həm də Azərbaycanda 10-dan çox birgə təlim keçirildiyini diqqətə çatdırıb.

Bir qədər öncə Azərbaycanın Müdafiə Nazirliyi birgə manevrlərin hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq illik plana əsasən keçirildiyini bildirmişdi.

Azərbaycan-Türkiyə birgə hərbi iyulun 29-da başlayıb və avqustun 5-də başa çatıb.

Iyul ayında Azərbaycanın şimal-qərbində - Tovuz sərhəd bölgəsində Azərbaycan və Ermənistan sərhəddində atışma başlayıb.

Döyüşlərdə Azərbaycanın 12 əsgəri və bir mülki şəxs həlak olub.

Azərbaycan və Ermənistan sərhəddə yaşananlara görə bir-birini ittiham edir.

Nikol Paşinyan Qarabağla bağlı BBC-yə nə deyib?

bu gün Azərbaycan Türkiyə İsrail Fələstin Hulusi Akar İlham Əliyev müdafiə sektoru Netanyahu Paşinyan Pashinyan Nikol Paşinyan Qarabağ

Baş nazir Nikol Paşinyan BBC-nin HARD Talk proqramına müsahibəsində Xocalı qırğınlarının erməni qüvvələri tərəfindən törədilməsini ictimai şəkildə rədd edən ilk Ermənistan lideri olub.

Paşinyanın Hard Talk proqramına müsahibəsini bu məqaləmizdən oxuya bilərsiniz:

O, müsahibədə Qarabağ - "Ermənistandır və nöqtə!" ifadəsini səsləndirməsinin izahını verib.

Sackur soruşub ki, Paşinyan ermənilərin Qarabağ münaqişəsi zamanı törətdikləri müharibə cinayətlərinə görə üzr istəməyə hazırdırmı?

Proqramın aparıcısı konkret halların adını çəkməyib, lakin beynəlxalq müşahidəçilər hesab edirlər ki, 1992-ci ildə Ermənistanın Xocalıya hücumu münaqişə nəticəsində ən çox mülki ölümlə nəticələnib.

Ermənistanın Baş naziri bu suala cavab verməkdən boyun qaçırıb. Bundan əvvəl o, bir neçə dəfə Azərbaycan müxalifətini Xocalı sakinlərinin qətlində günahlandıran qəsd nəzəriyyəsini təkrarlayıb və Ermənistanın bu cinayəti açıq şəkildə rədd edən ilk lideri olub.

Azərbaycanda məhkumlara qoyulan hansı qadağalar bərpa olunub?

bu gün Azərbaycan Türkiyə İsrail Fələstin Hulusi Akar İlham Əliyev müdafiə sektoru

Şəklin mənbəyi, Azərtag

Azərbaycandakoronavirus pandemiyası ilə əlaqədar məhkumlara sovqat və banderolların ötürülməsi qadağası ölkə ərazisində karantin rejiminin yumşaldılması çərçivəsində ləğv olunub.

Azərtac agentliyi xəbər verir ki, ölkədə karantin qaydalarının yumşaldılması nəzərə alınaraq, sanitar-epidemioloji tələblərə ciddi riayət olunmaqla məhkumlara yaxınları ilə qısa müddətli görüşlərin verilməsi də bərpa olunub.

Görüşlərin təşkili üçün penitensiar müəssisələrdə mövcud olan qısamüddətli görüş otaqları həmin tələblərə uyğun yenidən qurulub və danışıq qurğuları ilə təchiz edilmiş şüşə arakəsmələr və kabinələr təşkil olunub.

Artıq müəssisələrin çoxunda yaradılmış bu şəraitə uyğun məhkum və həbs olunmuş şəxslərə qısamüddətli görüşlərin verilməsinə başlanılıb.

Azərbaycanda məhkumlara sovqat və banderolların ötürülməsi qadağası mart ayının əvvəlindən tətbiq olunmağa başlamışdı.

Azərbaycanda koronavirusa ilk yoluxma hadisəsi fevralın 28-də qeydə alınıb.

Ölkədə martın 24-dən tətbiq olunan karantin rejimi hazırda 13 şəhər və rayondan sərtləşdirilmiş karantin rejimi adı ilə avqustun 31-dək uzadılıb.

BƏƏ ilə anlaşması İsrailin hansı planını pozub?

bu gün Azərbaycan Türkiyə İsrail Fələstin Hulusi Akar İlham Əliyev müdafiə sektoru Netanyahu

Şəklin mənbəyi, REUTERS/GETTY IMAGES

Şəklin alt yazısı, Benyamin Netanyahu və vəliəhd şahzadə Məhəmməd ibn Zahid əl-Nəhyan

İsrail və Birləşmiş Ərəb Əmirlikləri Trump-ın vasitəçiliyi ilə iki ölkə arasında münasibətləri tamamilə normallaşdırmaq üçün tarixi razılaşmaya gəliblər.

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trump İsrailin Baş naziri Benyamin Netanyahu və Birləşmiş Ərəb Əmirliklərinin vəliəhd şahzadəsi Məhəmməd ibn Zahid əl-Nəhyan-ın cümə axşamı günü təşkil olunmuş görüşündə iki ölkə arasında münasibətlərin tam normallaşdırılması məsələsi ilə bağlı razılığa gəldikləri bildirilir.

Anlaşma çərçivəsində İsrail Qərbi Şəriə-də - İordaniyanın qərb sahillərindəki bəzi bölgələri ilhaq planını hələlik həyata keçirməyəcəyini bəyan edib.

Donald Trump bu qərarı "tarixi dönüş nöqtəsi" adlandırıb.

İsrail Baş naziri Netanyahu da Trump-ın bəyanatından sonra "Bu gün İsraillə Ərəb dünyası arasında yeni bir dövr başlayır" deyib.

Qərbi Şəriə-ni ilhaq planlarını təxirə saldıqlarını qəbul edən ancaq layihənin "hələ də gündəmdə olduğunu" bildirən Netanyahu "Haqqımız olan torpaqlardan əsla imtina etməyəcəyik" deyib.

Netanyahu Qərbi Şəriənin Ürdün sərhədindəki Ürdün vadisi, Ölü dəniz yaxınlığında yəhudilərin kompakt yaşadığı bölgələri də ehtiva edən 30 faizlik bir ərazini ilhaq etməyi planlaşdırır.