Azərbaycanın şəhərlərindən Tovuza könüllülər gedib

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Azərbaycanın müxtəlif yerlərinden Tovuza könüllülər gedib, bunu oraya ezam olunmuş müxbirimiz bildirir.

Onun sözlərinə görə, polis könüllülərdən geri qayıtmağı xahiş edib. Polis bildirir ki, bir yerə çox insan toplasdığı zaman Ermənistan ordusu atəş açır və bu səbəbdən də insanların əraziyə gəlməsi doğru deyil.

Azərbaycanda könüllü hərbi xidmətə getmək istəyən şəxslərin sayı 4000-i ötüb, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirib.

Bu arada, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan ayrı-ayrı və dəstələrlə könüllüləri Ermənistan-Azərbaycan sərhədində döyüşlər gedən Tavuş vilayətinə yollanmamağa çağırıb.

"Hazırda bu kimi aksiyalar Silahlı Qüvvələrin və yerli hakimiyyət orqanlarının normal işinə mane ola bilər", - Artsrun Hovhannisyan Facebook səhifəsində yazıb.

Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanla cəbhə xəttində atışma bazar günü başlayıb, atəşin başlamasına görə tərəflər bir-birini ittiham edirlər.

Könüllülərin sayı 4 mini keçib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti cümə axşamı günü bildirib ki, Azərbaycanda könüllü hərbi xidmətə getmək istəyən şəxslərin sayı 4000-i ötüb.

"Müraciətlər gün ərzində davam edir. Kim istəyir, gəlib öz arzusunu ifadə edir və müvafiq qaydada qeydiyyata alınır," - qurum sözçüsü Füzuli İsmayılov bildirib.

Çərşənbə günü Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında "təqribən 150 nəfərin vuruşmaq üçün müraciət etdiyini" bildirib.

"Dünən Şəhidlər xiyabanının qabağında nə qədər adam var idi? Minlərlə. Müraciət edənlərin sayı 150. Soruşdum daha çox haradan? Dedi ki, 60-ı Tovuzdandır ki, indi orada döyüşlər gedir. Qalanları da Azərbaycanın müxtəlif yerlərindən. Ona görə, mən deyirəm, dünən "Qarabağda vuruşmaq istəyirəm" deyənlər hamısı getsin öz anket məlumatını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə versin".

Cənab Əliyev əlavə edib ki, "Öz ünvanını versin, orduda xidmət etmə haqqında öz arzusunu ifadə etsin və biz lazım olan vaxtda onları cəlb edəcəyik. Yoxsa kimsə gedib qışqıracaq, insanları qanunsuz əməllərə sövq edəcək, müqəddəs Qarabağ şüarı altında özünə siyasi kapital qazanacaq və sonra nə olacaq. Necə ki, vaxtilə olub, onumu istəyirlər?"

Elə həmin günün səhəri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bildirmişdi ki, "bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur."

Qurumun açıqlamasında bildirilib ki, "vətəndaşların hərbi xidmətə çağırılması müvafiq normativ hüquqi aktlara əsasən həyata keçirilir."

"Hal-hazırda Azərbaycan Silahlı Qüvvələri qanunvericiliyin tələblərinə uyğun olaraq komplektləşdirilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir... Zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə cəlb edilə bilərlər." - qurumun məlumatında deyilib.