Yasamalda oğlu polis tərəfindən saxlanılan ana: "Mənim uşağımın günahı 5 dəqiqə hava almaqdır"

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu YouTube

Video açılmırsa, YouTube-dan izləyin.

Yasamalda Dadaş Bünyadzadə küçəsində sakinlərin polisə etiraz olaraq zibil atmasından sonra polisin mənzilinə girdiyi ailələrdən biri də Mahmudovlar ailəsi olub.

Onkoloji xəstə olan Lalə Mahmudova deyir ki, həyat yoldaşı evin yeganə maddi təminatçısıdır.

O deyir ki, polisin evə basqını zamanı özünün və övladının aldıqları travma hələ də nə özünün, nə də övladının canından çıxmayıb.

Koronavirusa görə ötən həftəsonu tətbiq edilən ev təcridi zamanı polis yaşayış məhəlləsində həyətdə olan bir nəfəri aparmaq istəyərkən bina sakinləri buna etiraz etmiş, yuxarı mərtəbələrdən polisə müxtəlif əşyalar atmışılar.

Bundan sonra Çevik Polis Alayının əməkdaşları ora gələrək bəzi sakinləri polisə aparmışdı.

Dadaş Bünyadzadə küçəsində yerləşən bu həyətdə iyunun 8-də bir çox evin qapısı döyülüb.

Ailə üzvləri aparılan ailələrdən bəziləri BBC News Azərbaycancanın müxbirinə danışmaqdan çəkiniblər. Onlardan bəziləri "danışsaq polis bizi də incidər" deyiblər.

Sosial mediada baş verənlərlə bağlı bir çox görüntülər yayılıb. Bakı Şəhər Baş Polis İdarəsindən isə deyirlər ki, bütün yayılmış görünütülər və iddialarla bağlı araşdırma aparılır.

Yasamalda Dadaş Bünyadzadə küçəsinin sakinləri