Bakıda karantin rejiminə nəzarət edən polis: "Biz insanları başa düşürük"

Videonun alt yazısı, Bakıda karantin rejiminə nəzarət edən polis: "Biz insanları başa düşürük"

Ruslan Şıxəliyev 15 ildir ki, Daxili İşlər Nazirliyinin əməkdaşıdır. O, ölkədəki xüsusi karantin rejiminə nəzarət edənlərdəndir.

Azərbaycanda koronavirusa görə martın 24-dən xüsusi karantin rejimi tətbiq edilib.

Vətəndaşlar küçəyə SMS icazə ilə çıxa bilir. Ruslan Şıxəliyev deyir ki, qaydaları əsasən gənclər pozur.

Bir çoxları bu halın virus təhlükəsinin bitməsi kimi qəbul edir. Amma polisin onlara tövsiyələri var.

Videonu Aygül Mehman və Günel Səfərova hazırlayıb.