190 manatı ala bilməyənlər: "Karantin rejimində vəziyyət çox pisdir"
- Müəllif, Günel Səfərova, İlkin Həsənov
- Vəzifə, BBC News Azərbaycanca
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube
Video açılmırsa, YouTube-dan izləyin.
Azərbaycan hökuməti aprel və may aylarında bir sıra şəxslərə 190 manatlıq birdəfəlik yardım verir. Bu, əsasən əhalinin işsiz qalmış təbəqəsini əhatə edir.
Lakin bu məbləği almaq üçün aprelin 7-də başlamış qeydiyyat aprelin 27-də dayandırılıb.
Bir çoxları bu yardımı almalı olduğunu, ancaq onlara yardım verilmədiyini düşünür.
Digərlərinə görə isə, bu məbləğ çox aşağıdır və əsas ehtiyacların təmin olunması üçün yetərli deyil.





